Masallı "Aqrolizinq" yerli fermerlərə sitəm edir
Tarix: 31-03-2015, 09:51 | Çap et
Masallı "Aqrolizinq" yerli fermerlərə sitəm edir
Vertikal.az-a Masallı rayonundan şikayət göndərilib. Şikayətçilərin yazdıqlarına görə, Masallıda kənd təsərrüfatı istehsalçılarına dövlət hesabına güzəştli şərtlərlə verilməli olan azot gübrəsi anbarlarda yığılıb qalıb. “Aqrolizinq” ASC-nin Masallı rayon filialının direktoru Eldar Hüseynov fermerlərə çatdırılmalı olan gübrənin 1 tonunu 280 manta (50 kq-lıq kisəni 14 manata) dəllallara satır.

Sənədlərə inansaq, azot gübrəsinin 1 tonunun “Aqrolizinq”də satış qiyməti 384 manatdır. Onun 50%-i, başqa sözlə, 192 manatı büdcədən ödənilir. Deməli, gübrənin 1 tonu faktiki olaraq 192 manata düşür. Amma burada məqsədli şəkildə elə birokratik əngəl var ki, onu bu qiymətə almaq da çoxlarına sərf etmir.

Fermerlər deyir ki, “Aqrolizinq”də hər 50 kq-lıq kisəyə əlavə 2 manat tələb olunur ki, bu da 1 tonda 40 manat təşkil edir. Sənədləşdirmə, məhsul qəbulu üçün adamlar o qədər “get-gəl”ə salınır ki, bəzilərinin əsəbi axıradək davam gətirmir. Bu vəziyətdən istifadə edən lizinq rəhbərliyi işbazlarla əlaqəyə girir və azot gübrəsinin 1 tonunu onlara 280 manata satır, hər tona görə 88 manat təmiz qazanc götürür.

Büdcə vəsaiti hesabına alınmış məhsul beləcə “qara bazar”a çıxır, bürokratik əngəllərə görə fermerlərin bir çoxu onu elə buradan əldə edir (bu zaman məhsulun qiyməti üzərinə satış nöqtələrinin sahibləri də əlavələr edirlər). “Qara bazar”da məhsul ona görə real qiymətindən aşağı satıla bilir ki, 192 manat dövlətdən əlavə pay almaq mümkün olur.

Bu işlərdə əsas oyunçülar yerli icra nümayəndələri və bələdiyyələrdir. Yəni anbardan çıxarılan gübrənin həcminə uyğun olaraq onların köməyi ilə saxta sənədlər tərtib edilir. Axı bu şəxslər güzəştli şərtlərlə gübrə və subsidiyaların verilməsi ilə bağlı yerli komissiyalarda təmsil olunur, əllərində məhsul yetişdirənlərin dövlət aktlarının surəti olur.

Rayonun yaşayış məntəqələri üzrə əsas kənd təsərrüfatı bitkiləri olaraq buğda, arpa, noxud, kartof, kələm, pomidor, xiyar, bibər, badımcan, soğan, sarımsaq, limon, mandarin, feyxoa əkilir. Yerli icra və bələdiyyə orqanları dövlətdən güzəştli şərtlərlə gübrə və subsidiya qoparmaq üçün çox vaxt əkin sahələrini süni surətdə şişirdir. Bu şişirtmədə “Aqrolizinq”lə yerli icra namayəndələri və bələdiyyə sədrlərinin maraqları üst-üstə düşür.

Məluat üçün qeyd edək ki, Mаsаllı rаyоnunun ümumi ərаzisi 72 097 hекtаr, məhsuldar torpaqların ümumi sahəsi isə 32 571 hektardır. Sənədlərdə kənd təsərrüfatına yararsız torpaqlar sahəsi kimi göstərilən 22 863 ha ərazi də elə müxtəlif işbazlar tərfindən istifadədir. Heyvandarlıq üçün nəzərdə tutulan 3 893 ha otlaq sahəsinin yarıdan çoxu da təyinatından kənar istifadə olunur. Hazırda sənədə düşən əkilmiş torpaq sahəsi isə 24 998 ha-dır. Bundan başqa, daha 1 433 ha ərazini meyvə bağları tutur.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-05-2019 05:47
 
 
 
06-05-2019 08:11
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net