Suraxanı sakinləri lift əlindən fəryad edirlər
Tarix: 9-03-2015, 14:44 | Çap et
Suraxanı sakinləri lift əlindən fəryad edirlər
Suraxanı Rayonu Hövsan qəsəbəsi bina 4 A-da yaşayan sakinlər binada liftin işləməməsi ilə bağlı Vertikal.az-a şikayət məktubu ünvanlayıblar.

Sakinlərin sözlərinə görə, lift dərdi onları, əsl mənada, boğaza yığıb. Sözügedən binada lift məsələsi az qala ənənə halını alan bir problemə çevrilib. Belə ki, binada liftlər Sovet dövründən qalandır. Bu liftlərin istismar müddəti bitdiyindən, onların ya əsaslı təmir olunması, ya da dəyişdirilməsi lazımdır.

Sakinlərin sözlərinə görə, yaşayış binasının liftləri tez-tez sıradan çıxır, bəzən günlərlə işləmir. Problem sakinlər tərəfindən dəfələrlə qabardılsa da, Hövsan Lift-Təmir İstehsalat şöbəsinin işçiləri işə məsuliyyətsiz yanaşırlar. Onlar vətəndaşların şikayətlərinə baxacaqlarını bildirsələr də, verilən vəd havada qalır.

Sakinlər deyirlər ki, liftlər əvvəllər dəfələrlə xarab olduqda belə, vətəndaşlar onları öz vəsaitləri hesabına təmir etdiriblər. Baxmayaraq ki, bu, yerli lift idarəsinin hesabına olunmalıdır.

Hövsan sakinləri bildirirlər ki, məsələ reallaşmayacağı təqdirdə Suraxanı Rayon İcra Hakimiyyətinə üz tutacaqlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net