Ermənilər fəaliyyətə keçdi: Qafqazda daha bir təhlükə
Tarix: 12-02-2015, 09:23 | Çap et
Ermənilər fəaliyyətə keçdi: Qafqazda daha bir təhlükə
“Bu, Rusiyanın Gürcüstan ətrafındakı növbəti oyunlarının bir hissəsi və təzyiqin yeni formasıdır. Uzun müddətdir ki, Gürcüstana təzyiq etmək və onun siyasi istiqamətini Kremlə doğru dəyişmək üçün hərəkətlər edilir”.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq Rusiyanın Gürcüstanla bağlı çoxlu gizli planlarının olduğunu bildirib:

“Bu planların içərisində orada yaşayan erməniləri fəallaşdırmaq və onların anti-Gürcüstan hərəkətindən Moskvanın xeyrinə istifadə etmək ön sırada durur. Heç bir erməni Moskva pasportu ilə gedib Rusiyada yaşayan deyil. Düzdür, gediş-gəliş asanlaşa bilər. Ancaq Rusiya bununla yeri gələndə “mənim Gürcüstanda bu qədər vətəndaşım var” fikrini bəhanə edərək, ölkəyə müdaxilə üçün əsas verir. Onsuz da Cavaxetiya Abxaziyaya yaxındır. Burada çox önəmli bir məqamı xüsusilə qeyd etməliyəm. TAP, TANAP, Bakı-Ceyhan, Bakı-Supsa və Bakı-Ərzurum qaz kəmərləri bu bölgənin lap yaxınlığındadır. İndi Rusiya bu bölgədə erməniləri ələ almaqla gələcəkdə adı çəkilən enerji layihələrinə və Gürcüstana təzyiq göstərmək üçün bir vasitə əldə etməyə çalışır. Bu, məsələnin birinci tərəfidir”.

Politoloqun sözlərinə görə, Rusiya bu yolla Gürcüstana təzyiq göstərmək və muxtariyyət əldə etmək üçün Cavaxetiya ermənilərinə yeni bir plastdarm yaradır:

“Özlərinin dediyi kimi, Cavaxetiya ermənilərinin mili azadlıq hərəkatı hələ dayanmayıb. Yeni hökumət vaxtilə Saakaşvilinin həbs etdiyi erməni liderlərinin hamısını həbsdən azad edib. Bu saat onlar fəal iş aparırlar. Cavaxetiyada yeni bir hərəkat hazırlandığı şübhəsizdir. Bu nöqteyi-nəzərindən Moskva pasportları ermənilərə bir tərəfdən həm toxunulmazlıq -yeri gələndə Rusiyadan yardım ala bilmə statusu verir, həm də azad fəaliyyət göstərmək üçün perspektivlər vəd edir. Bu, Gürcüstan üçün çox təhlükəli bir tendensiyadır. Bunun Azərbaycana olan təsiri qaçılmaz ola bilər. Çünki bu, Azərbaycanın enerji planlarını təhlükəyə atır. Bu baxımdan da Gürcüstan hökuməti həmin məsələnin qorxulu nəticələrini qabaqcadan görməli və bunu neytrallaşdırmağı bacarmalıdır”.

Xatırladaq ki, Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan 5 min nəfər erməni Ermənistan vətəndaşlığını qəbul edib. Gürcüstan mətbuatı ermənilərin bu faktı hökumətdən gizlətdiyini bildirib. Bu addımın ermənilər tərəfindən Rusiyaya miqrant kimi getməyi asanlaşdırmaq üçün atdıqları deyilib.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net