Milli Məclisin deputatının villası göz qamaşdırır-FOTOLAR
Tarix: 11-02-2015, 17:39 | Çap et
Milli Məclisin deputatının villası göz qamaşdırır-FOTOLAR
Azərbaycanda deputatların çoxusu açıq-aşkar şəxsi bizneslə məşğul olduğu media mənsublarına və ictimaiətə yaxşı məlumdur. Bu deputatlar bir qayda olaraq şəxsi bizneslərini uşaqlarının, qardaşlarının, ya da özündən başqa heç kəsin tanımadığı bir şəxsin adına rəsmiləşdirir və işlərini rahat şəkildə yönləndirirlər.

Belə deputatlardan biri də Milli məclisin 54 saylı Şabran-Siyəzən seçki dairəsindən deputat Tahir Süleymanovdur. Depuat Tahir Süleymanovun Şabran və Siyəzən rayonalarında çoxsaylı obyektləri, torpaq sahələri, heyvandarlıq komplekslərinin olduğu həmişə mediada işıqlandırılıb. Amma Tahir Süleymanov heç vaxt bunları boynuna almayıb. Hətta bir müddət əvvəl deputatla Siyəzən rayon icra başçısı arasında hansısa bir obyektin üstündə söz söhbətlərin baş verdiyi barədə mətbuatda silsiləli informasiyalar yayılmışdı.

Azfakt.com-un əməkdaşı bu gün deputat Tahir Süleymanovun Şabran rayonunda tikib baş gətirdiyi dəbdəbəli villasın şəkillərini çəkib. Qeyd edək ki, həmin villanın ərazisi 1 ha, qiyməti isə bir neçə milyondan çoxdur. Deputatın villasının yanında isə məscid yerləşir – Allah evi. Ancaq Allah evi Tahir Süleymanovun villası ilə müqayisədə çox kasıbyanadır və deputat villasının dəbdəbəsinin yanında Allahın evi doğurdan bir komanı xatırladır.

Xatırladaq ki, Tahir Süleymanov əldə etdiyi bütün biznes obyektlərinin, imarətlərinin, torpaq sahələrinin böyük bir hissəsini məhz deputat olduğu müddətdə əldə edib. Görəsən hörmıtli deputat 1850 manat əmək haqqıyla bu qədər var dövləti necə əldə edib. Bəlkə seçiciləri Allah yolunda deputata “öz yardım əllərini uzadıblar”?

Yaşı 70-i haqlamış Tahir Süleymanovun Avropanın ən bahalı məkanlarında istirahət etdiyi də deyilir.


Milli Məclisin deputatının villası göz qamaşdırır-FOTOLAR
Milli Məclisin deputatının villası göz qamaşdırır-FOTOLAR




Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net