Heydər Əsədov baytarlıq sistemini nədən özbaşına buraxıb?
Tarix: 16-03-2015, 11:00 | Çap et
Heydər Əsədov baytarlıq sistemini nədən özbaşına buraxıb?
Redaksiyamıza yeni daxil olmuş məlumatlarda Dövlət Baytarlıq Xidmətinin Respublika Baytarlıq Laboratoriyasının yarıtmaz fəaliyyəti ilə bağlı qurumun tabe olduğu Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi tərəfindən yaxın vaxtlarda müvafiq tədbirlər görüləcəyi bildirilir. Artıq məlum olduğu kimi, mart ayının 6-da “Aqrolizinq” ASC-nin 2014-cü ildəki fəaliyyətinə həsr olunan müşavirədə kənd təsərrüfatı naziri Heydər Əsədov fəaliyyətində nöqsanlara yol verən cəmiyyətin bir neçə əməkdaşını cəzalandırıb. Bu xüsusda yayımlanan məlumatlarda qeyd olunmuşdu ki, nazir “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elşən Məmmədova xəbərdarlıq, İdarə Heyətinin sədr müavini Aydın Əzizova şiddətli töhmət elan edib. Bununla yanaşı, cəmiyyətin aqrotexniki xidmət və təchizatın təşkili şöbəsinin müdiri və səkkiz rayonun aqroservis filiallarının rəhbəri tutuğu vəzifələrdən azad olunublar. Daha altı rayonun aqroservis filiallarının rəhbərləri barədə iaə müvafiq araşdırma aparılandan sonra daha ciddi tədbirlərin görüləcəəyi bildirilib. Mənbələr vurğulayırlar ki, bu tədbirlər Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən bir sıra struktur bölmələrində keçirləcə “təmizləmə” işlərinin başlanğıcıdır. O cümlədən daxil olan açıqlamalara görə Respublika Baytarlıq Laboratoriyasının rəhbərliyi də artıq nazirliyin “qara siyahısı”na salınmışdır. Məlum olduğu kimi Dövlət Baytarlıq Xidmətinin əsas missiyası ölkə ərazisində bütün növ heyvanların (mal-qarının, quşların, xəzdərili heyvanların, balıqların, arıların, vəhşi heyvanların) müxtəlif xəstəliklərdən qorunmasını və onların müalicəsini, əhalinin insan və heyvanlar üçün ümumi olan xəstəliklərdən qorumasını, ölkə ərazisinin xarici dövlətlərdən keçə biləcək yoluxucu xəstəliklərdən mühafizə edlməsini təmin etmək, heyvan mənşəli məhsulların və xammalın zəruri baytarlıq (baytarlıq-sanitariya) keyfiyyətinə nəzarəti həyata keçirməkdir. Xidmət bu missiyanı həyat keçirmək üçün “Baytarlıq haqqında” Azərbaycan Respublikası Qanununda təsbit edilmiş vəzifə və hüquqlara malik olmaqla heyvandarlığın inkişafına, sağlam məhsul bolluğunun yaradılmasına və insanların təmiz qida ilə təchiz edilməsinə yönəldilmiş tədbirlər görməlidir. Bu tədbirlərin həyata keçirilməsi üçün də Xidmətin tabeliyində xüsusi struktur bölmələri, o cümlədən Respublika Baytarlıq Laboratoriyası fəaliyyət göstərir. Lakin artıq uzun müddətdən bəri redaksiyamıza daxil olan məlumatlarda bildirilir ki, bu gün Respublika Baytarlıq Laboratoriyasının fəaliyyəti daha çox müxtəlif neqativ hallarla diqqəti cəlb edir. Quruma rəhbərlik edən Fizuli Quliyev isə laboratoriyanın işində yolverilməz olan maxinasiyalara və dövlət vəsaitlərinin mənimsənilməsinə rəvac verməklə, bu kimi halların mövcudluğuna şərait yaradır. Məlumatları təqdim edən mənbə öz iddialarını konkret misallarla isbatlayır. Məsələn, məlumatda bildirilir ki, əvvəllər ölkəyə idxal olunan hər hansı ərzaq məhsulunu laborator müayinədən keçirmək üçün məhsulun bütün həcmi təqdim olunmalı idi. Laboratoriyanın əməkdaşları isə öz seçimlərinə əsasən, həmin məhsuldan müəyyən olunmuş qədərini analiz üçün götürürdülər. Bu gün isə bu prosedur Fizuli müəllim tərəfindən xeyli “sadələşdirilib”. Belə ki, ölkəyə məhsulu idxal edən şəxs həmin məhsuldan (bəlkə də heç həmin məhsuldan deyil) müəyyən qədər laboratoriyaya təqdim etməklə, idxalın bütün həcminə laboratoriyanın rəyini ala bilər. Yeni aldığımız məlumatlara görə, məhz bütün bu və digər neqativ hallar barədə Kənd Təsərrüfatı Nazirliyinə daxil olan siqnallar əsasında, bu yaxınlarda nazirlik tərəfindən Respublika Baytarlıq Laboratoriyasında əsaslı yoxlamaların aparılmasına hazırlıq görülür. Qeyd edək ki, mənbələr bu yoxlamaların nəticəsi olaraq, Fizuli Quliyevin tutduğu vəzifədən azad edilməsi və onun cinayət məsuliyyətinə cəlb olunması ehtimalının çox yüksək olduğunu vurğulayırlar.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
21-05-2019 05:47
 
 
 
06-05-2019 08:11
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055 561-86-85 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net