Gülənin Azərbaycandakı lideri – FOTO (SİYAHI)
Tarix: 11-02-2015, 15:46 | Çap et
Gülənin Azərbaycandakı lideri – FOTO (SİYAHI)
Türkiyə mətbuatı 160 ölkədə 2 mindən artıq məktəb yaradan nurçu lider Fətullah Gülənin imamlarının adını açıqlayıb.

Bildirilib ki, Gülən “Paralel dövlət” i imamlar vasitəsilə idarə edirmiş. Belə ki, həmin imamlar 160 ölkədə 2600 təhsil müəssisəsinin rəhbəri olub. Təşkilatın quruluş mərhələsi isə ABŞ ilə Rusiya arasında 1962- 1963- cü illərdə davam edən soyuq müharibə dövrünə təsadüf edir.

Gülənin imamlarının siyahısında Azərbaycanın da adı qeyd edilir.

ABŞ-dan İsmayıl Cələbi, Almaniyadan Hayreddin Özkul, Anqoladan Osman Yıldırım, Argentinadan Mustafa Eker, Albaniyadan Abdullah Fıstık, Avstraliya Məsut Lelik, Avstrya Nöman Gülən, Azərbaycandan isə Ənvər Özərin Gülən camaatının əsas imamları olduğu siyahıda bildirilir.

Azərbaycanla yanaşı Gürcüstandan Adem Önal, Banqladeşdən Bedreddin Suata, Qərbi Avropadan Süleyman Tiftik, Belarusiyadan M.Əli Sarvan, Belçikada Davut Yalçın, Benin Abdullah yüca, Bosniyadan M.Mutlu Karaosman, Braziliyadan H.Bayram Öztürk, Burkino Fasodan Zübüyir Gümüş, Burundi Mustafa Arslan da bu siyahıda yer alıb.

Həmin ölkələr arasında Makidoniya, Nepal, Hindistan, Kanada, Fransa, Nigeriya, Yeni Qvineya, Pakistan, Rumuniya, Ruanda,Seneqal, Fələstin, Sloveniya, Slavakiya, Şri-Lanka, Sudan, Çili, Tacikistan, Tanzaniya, Tayland, Tayvan, Tunis, Ukrayna, Oman, İordaniya, Venesuella, Yəmən, Yeni zenlandiya, Venesuella kimi ölkələrin də adları var.

Qeyd edək ki, Ənvər Özərənin adı bundan öncə də dəfələrlə nurçu olaylarında hallanıb. O isə mətbuata açıqlamasında bu iddiaları təkzib edərək nurçu olmadığına hər kəsi inandırmağa çalışıb.





Xəbərlər
 
 
 
 
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net