Zərdabda komendant saatı tətbiq olunub
Tarix: 6-05-2015, 09:51 | Çap et
Zərdabda komendant saatı tətbiq olunub
Zərdabda qeyri-rəsmi komendant saatı tətbiq olunub. Bu barədə JAM.AZ-a rayon sakinləri məlumat veriblər.

Həmin məlumatda deyilir ki, rayonun icra başçısı Lütvəli Babayev, Zərdab polisinin rəisi və prokuroru ilə birlikdə bir həftədir hər gecə reydlər keçirirlər. Belə ki, sözügedən rayon səlahiyyətliləri hər gecə Zərdabın mərkəzində bütün çayxana, restoran və mağazalarını yoxlayırlar. Hətta küçədə olanları belə saxlamaqdan çəkinmirlər.

JAM.AZ-a məlumat verən rayon sakinləri qeyd edir ki, icra başçısı, polis rəisi və prokuror gecə saat 22:30-dan sonra küçədə olan insanların həbsinə dair qəti tapşırıq veriblər. Saxlanılan şəxsləri isə səhər cərimə edərək, buraxırlar. «Lütvəli Babayev qəti şəkildə bildirib ki, gecə saat 22:30-dan sonra komendant saatı tətbiq olunub. Kimsə bayra çıxsa, şəbs ediləcək».





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net