Böhran "Bakcell" şirkətinin dizlərini büküb
Tarix: 2-05-2015, 11:41 | Çap et
Böhran "Bakcell" şirkətinin dizlərini büküb
Azərbaycanda ilk mobil rabitə xidməti göstərən “Bakcell” şirkəti 20 ildən artıqdır ki, fəaliyyət göstərir.

Bir neçə ay əvvəl baş verən manatın devalvasiya məsələsi şirkətdə ciddi problemlər yaradıb. Beləki şirkətin dilerləri Bakcell-dən ciddi narazlıq edirlər. Çünki uzun illərdir şirkətdə monopoliya hökm sürür. Dözülməz monopoliya alt distribüterləri, xidmət təminatçılarını, xeyli sayda diler mağazalarını az qala böhran vəziyyətinə salıb.

Məlumatlı mənbənin Qafqaz Xəbər Agentliyinə bildirdiyinə görə, 20 ildən artıqdır ki, diler mağazaları şirkətlə əməkdaşlıq edirlər. Ancaq bu əməkdaşlıq birbaşa deyil.Qafqaz Xəbər Agentliyi bildirir ki, Bakcell şirkəti danışıq kartları və nömrələrin satışını alt distribüterlərin arasında bölüb. Bir sözlə, alt distribüter şirkətləri Bakcell-lə dilerlər arasında vasitəçilik edərək külli miqdarda qazanc əldə edilər. Ağır ziyan ölkə vətəndaşlarının üzərinə düşür. Məhz buna görə də Azərbaycanda mobil xidmətin dəyəri ən bahadır. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur. Ən pisi odur ki, indiki vəziyyətdə şirkət süni qiymət artımı yaradır.

Oxucuya aydın olması üçün bu mexanizmə bir nəzər salaq. “Bakcell” öz məhsullarını üst distribüterlərə satır. Növbəti mərhələdə məhsul alt distribüterlərə satılır. Beləcə məhsulun qiyməti süni şəkildə arta-arta gəlib dilerlərə çatır. Sonda mağazalar məhsulu alıcıya satırlar. Təsir etməyə çalışdığımız 3-4 pilləli gedişdən sonra Bakcell-in müştərilərə təqdim elədiyi qiymətin dünyada analoqu olmur.

Növbəti yazıda Bakcell-in hörümçək toruna bənzəyən şəbəkəsinin konkret ünvanlarını göstərəcəyik.

Bizi izləyin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net