Neft pullarının talandığı daha bir ünvan: "Qarasu Oil"...
Tarix: 12-03-2015, 10:09 | Çap et
Neft pullarının talandığı daha bir ünvan: "Qarasu Oil"...
Şirvan şəhərinin Muşovdağ adlanan hissəsində yerləşən "Qarasu Oyl" əməliyyat şirkəti barədə İstiqlal.az-a ilginc məlumatlar daxil olub. Məlumatlarda iddia olunur ki, hazırda "Qarasu Oyl"un baş energetiki vəzifəsində işləyən Rafiq İsmayılov əvvəllər şirkətdə bölgə müdiri, təmir sexinin rəisi işləyən Firdovsi Ağayevlə müdhiş maxinasiyalar həyata keçirib.

Bildirilir ki, Rafiq İsmayılov Firdovsi Ağayevlə şirkətə 20 ədəd ayrı ayrı markalı minik və yük daşıyan avtomabillər alaraq icarəyə verib. Hər bir maşına görə Rafiq İsmayılov və Firdovsi Ağayev şirkətdən düz 12 il hər ay 1500 manatdan icarə pulu alıb. Buda 12 ildə 4 milyon 320 min manat edir. Bundan əlavə 2 paragenerator adlanan ( neft quyularını isti parla təmizləmək üçündür) ağır çəkili avtomaşın alıb şirkətə icarəyə veriblər. Bu maşınlar 7 il şirkətdə icarədə olub və hər birinə gündəlik 500 manatdan pul yazılıb və hər birinə 400 litr dizel yanacaq silinib. 7 ilə maşınlardan gələn gəlir 2 milyon 555 min manat, yanacaqdan isə 1 milyon 226 min 400 manat olub. Maşınların kirayə pulu Rafiq İsmayılovla Firdovsi Ağayevə çatıb. Yanacağın pulu isə Firdovsi Ağayevin qardaşı Fuad Ağayevə çatıb. Qeyd edək ki, mənbəmizin iddiasına görə şirkətdə maşınlardan hər gün istifadə olunmayıb, sadəcə pul silinib.

Hal hazırda avtomabillər 1 il olar ki, şirkətdən icarədən çıxarılıb və Rafiq İsmayılovun Kürdəmirli Əliqulunun şirkətinin sağ tərəfində yerləşən qarajında saxlanılır. Rafiq İsmayılov şirkətdən istismar müddəti başa çatan avtomabilləri silərək həmin qarajında yenidən təmir elətdirib bəzilərini satıb bəzilərini isə icarəyə verib. Rafiq İsmayılov baş energetik vəzifəsindən sui istifadə edərək Şirvan şəhərində yeni tikilib istifadəyə verilmiş “RETRO” adlı sement zavodun elektirik enerjisiylə təhcizatını şirkətin avadanlıqlarının hesabına həyata keçirib. Şirkətin Muşovdağ adlanan ərazisindən təkcə 630 kv-luq transvarmatoru çıxararaq əvəzinə kiçiyini qoyub aparıb sement zavoda quraşdırıb. Sement zavoddan gördüyü işlərin müqabilində 200 min manat pul alıb. Həmin işləri görəndə şirkətin işçilərindən Cəbrayıl, Faməli və başqa fəhlələr yaxından iştirak ediblər. Şirvanda ARDNŞ tərəfindən təxminən 8 il əvvəl tikilən və bu gün tikintisi yarımçıq qalan stadionun enerjiylə təmin olunmasını Rafiq İsmayılov həyata keçirirdi.

Bundan başqa hal hazırda Muşovdağın ətəyində yerləşən qoyun, mal fermalarının hamısına Rafiq İsmayılov şirkətdən enerji verib pulda alır bəzəndə qoyun, quzuda. Həmin heyvanları aparıb fermasına topalayıb. Rafiq İsmayılov "Qarasu Oyl" şirkətində işlədiyi 19 il ərzində əldə etdiyi, taladığı pullar hesabına Şirvan şəhərində 2 ha ərazisi olan ferma alıb. Bundan əlavə son aylarda Hacıqabul rayonun ərazisində Hacıqabul gölünün yanında 1 ha ərazidə milyon mantlarla qiyməti olan müasir üslubda istixana tikdirməyə başlayıb. Həmin istixanada şirkətin borularından, texnikalarından istifadə olunur. Kadrlarda həmin istixanada olan şirkətə məxsus texnikalar aydın görünür.

Bundan əlavə həmin istixanaya Rafiq İsmayılov vəzifəsindən həmişəki kimi sui istifadə edərək istixanaya yaxın olan şirkətin neft kaçalkasından həm qaz çəkib həmdə işıq. Hal hazırda istixanada qanunsuz enerjidən və qazdan istifadə olunur. Rafiq İsmayılov qazandığı milyardlar hesabına Bakı şəhərində 3 karona adlanan yerdə, köhnə Əhmədlidə Nargilə kafesinin yanında yerləşən yaşayış binalarından mənzillər alıb.

Xatırladaq ki, "Qarasu Oyl" şirkətinin fəhlələri dəfələrlə etiraz aksiyası keçirsələr də haqq səslərinə hay verən olmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net