Azad Rəhimovun adı skandala qarışdı: Nurçulara yardım edib
Tarix: 27-04-2015, 10:00 | Çap et
Azad Rəhimovun adı skandala qarışdı: Nurçulara yardım edib
Ötən günlərdə Azərbaycandakı nurçu şəbəkəsi, onların ölkəmiz üzərindən Türkiyəyə daşınma planı, AAAF Park şirkətinin fətullahçıların nəzarəti altında olması, əksər oyunların bu tikinti şirkətinin əliylə oynanılması barədə məlumat vermişdik. JAM.AZ-ın bununla bağlı apardığı araşdırmada olduqca maraqlı məqamlar var.

Gülənin imamının AAAF Parkda nə işi var?

Qeyd edək ki, AAAF Park şirkəti Azərbaycanda bir sıra iri layihələrdə iştirak edir. Onlardan biri Xırdalanda inşa edilən böyük şəhərcikdir. Ki, artıq bu layihə üzrə işlər sürətli şəkildə davam etdirilir. Tofiq Heydərovun başçılıq etdiyi şirkətin ikinci layihəsi isə Astarada inşa edilən bulvardır. Və həmin bulvarın tikintisi üçün 11 milyon manat vəsait ayrılıb. Üstəlik, bu rəqəm sabit hesab olunmur və əlavə daha bir neçə milyon manatın da ayrılacağı gözlənilir.

Amma mövzu bu deyil. Məsələ ondan ibarətdir ki, Tofiq Heydərovun rəhbəri olduğu AAAF sözün həqiqi mənasında nurçu yuvasına çevrilib. Daha doğrusu, şirkətin rəhbərliyində Fəullah Gülənlə bağlı olan yetərli qədər şəsxlər var. Və onların əksəriyyəti bu gün də Pensilvaniya ilə sıx təmas içindədirlər.

JAM.AZ-ın araşdırmalarına görə, AAAF Parkda mühüm postlardan birini Rəşad Əliyev adlı şəxs tutur. AAAF-ın nəzdində fəaliyyət göstərən «Zirvə» İdman Kompleksinin direktor müavini postunda çalışan, əslən Neftçala rayonundan olan sözügedən şəxsin bu vəzifəyə təyinatı sadəcə, formal xarakter daşıyır. Əslinə, Rəşad Əliyev AAAF-da əsas söz sahiblərindən biridir və onun hansı addımlar atacağını da çox vaxt sözügedən şəxs müəyyənləşdirir.

Əliyevin bu qədər səlahiyyət və imkan sahibi olması isə heç də onun bilik və bacarığ ilə əlaqəli deyil. Burada Fətullah Gülənə bağlılıq məsələsinin mühüm rol oynadığı deyilir. İddialara görə, Rəşad Əliyev Fətullah Gülənin Azərbaycandakı əsas emissarlarından biridir. Hətta ona «imamlıq» dərəcəsi də verilib. Amma sözügedəe şəxs Elnur Aslanovun başına gələnlərə qədər kölgədə qalıb və onun «ulduzu» da məlum «vurulma»dan sonra üzə çıxıb. Ona qədər isə Gülənin Azərbaycandakı «gizli imamı»nın əsas vəzifəsi şirkətləri və pulları idarə etmək, əldə olunan qazanclardan «xüms», «zəkat» tutularaq, Pensilvaniyaya göndərməkdən ibarət olub.

Bildirək ki, Rəşad Əliyev Türkiyədə təhsil alıb və hazırda da «Qafqaz» Universitetində doktorluq işini müdafiə edir. Bir sıra güclü əlaqlələrə də malikdir.

Məlumatda qeyd olunur ki, «Çağ Öyrətim» məktəbləri bağlandıqdan sonra güləçi qruplaşma həmin məktəbləri gizli şəkildə bir çox litseylərdə yerləşdirə biliblər. Bu litseylərin başında isə AAAF Park-da fəaliyyət göstərən «Zirvə» litseyi gəlir. Aslanov və Rəşad Əliyev «Çağ Öyrətim»in əsas bazasını və beyin mərkəzini məhz AAAF Park-da fəaliyyət göstərən «Zirvə» litseyinə köçürüblər və hazırda bu litsey «Qafqaz» Universiteti ilə əlbir şəkildə fəaliyyət göstərir. Bu fəaliyyəti tənzimləyən şəxsin isə Rəşad Əliyev olduğu bildirilir.

AAAF necə ələ keçirildi?

Qeyd edək ki, sözügedən şirkətin ələ keçirilməsi heç də təsadüfi olmayıb. Əksinə, bu düşünülmüş planın tərkib hissəsi olub. Tofiq Heydərovun sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin xeyir-duası ilə yaradılan AAAF Park tikinti şirkəti sonradan bir müddət fəaliyyətsiz qalıb. Bundan xəbərdar olan Elnur Aslanov və Rəşad Əliyev Heydərova ismarıc göndərərək, ona «biət» təklifini verirlər. JAM.AZ-ın araşdırmalarına görə, həmin «biəti» qəbul edən şirkət rəhbəri, eyni zamanda, Fətullah Gülən qarşısında da sədaqət andı içərək, mövqe və maddi imkan sahibinə çevrilməyə başlayıb.

Həmin vaxt Tofiq Heydərovla danışıqları aparan Rəşad Əliyev sonradan şirkətin bütün maliyyə işlərini tam nəzarətinə alır. Şərtləşməyə əsasən AAAF rəhbərliyi onun sözündən çıxmamalı və Gülən tərəfdarlarından ibarət olmalıdırlar. Heydərov da onların təkliflərini qəbul edərək, daha güclü bir fiqurun yanında olduğunu zənn edərək işlərinə başlayıb.

Moldovadakı 100 hektar ərazinin aqibəti necə olacaq?

Qeyd edək ki, AAAF Park şirkətinin təkcə Azərbaycanda deyil, bir sıra başqa ölkələrdə də biznesi var. Məsələn, ötən gün xəbər vermişdik ki, Tofiq Heydərovun şirkəti Türkiyədə tenderdə iştirak edərək, hektar ərazi alıb. Həmin ərazidə isə şəhərcik inşa etdirmək niyyətindədirlər.

Amma Heydərov və ətrafındakı adamlarla bağlı məsələ ortaya çıxdıqdan sonra Türkiyə tərəfi tenderin nəticələrini ləğv etmək qərarına gəlib. JAM.AZ-ın əldə etdiyi məlumata görə, bütün bu işlər bilavasitə Türkiyənn prezidenti Ərdoğanın nəzarətində olduğundan AAAF Park üçün ciddi problem yaranıb. Həmin problemin səbəbi də məhz Tofiq Heydərov və adamlarının nurçularla sıx təmasi içində olmaları olub.

Məlumatlara görə, həmin vaxt Türkiyə tərəfi ilə danışıqları AAAF Parkın yerinə Azərbaycanın nazirlərindən biri aparıb. Həmin nazirin adını isə bir azdan açıqlayacağıq.

Ona qədər isə AAAF Parkın Moldovadakı 100 hektar ərazidən bəhs edək. JAM.AZ-ın əldə etdiyi məlumata görə, qeyd olunan ərazidə mənzil tikintisi nəzərdə tutulub. Amma bu ölkədə də Bakıdakı fətullahçılar üçün bəzi problemlər yaranıb. Və nəticədə, araya vasitəçilər girərək, layihəni xilas edə biliblər. Qeyd olunur ki, Kişnyov hökuməti AAAF Parkın qaranlıq işlər içində olduğundan şübhələnərək, onlara satılmış torpaqların geri verilməsini istəyirmiş. Sonradan problem bir şəkildə həllini tapıb.

Ancaq Moldovada da problem qalmaqdadır. Hökumət dairələri AAAF rəhbərliyi ilə bağlı araşdırma aparmaqdadır və onların şübhələndiyi məsələlər üzə çıxarsa, o zaman şirkət nəinki 100 hektar ərazini itirəcək, həm də ciddi maliyyə cərimələrinə də məruz qala bilər.

Azad Rəhimov hara, Tofiq Heydərov hara?

Bayaq qeyd etdik ki, AAAF Parkın Türkiyədə 40 hektar ərazidə tikinti işi ilə məşğul olması rəsmi Ankara tərəfindən az qala qadağan ediləcəkdi. Hətta Tofiq Heydərovun onlara bu işdə nazirlərdən birinin yardımçı olduğunu vurğulamışdıq.

JAM.AZ xəbər verir ki, nurçulara yardımçı olan həmin nazir Azad Rəhimovdur. Gənclər və İdman nazirinin Türkiyə ilə danışıqlar apararaq, AAAF Parka yarımçı olmalarını istəyib və qarşı tərəf də onun sözünü eşidib.

Qeyd edək ki, Azad Rəhimov da nazir olaraq adını uzun müddət nurçularla birgə hallandırıb. Gənclər və İdman Nazirliyindəki müavinlər arasında yetərli qədər fətullahçıların olduğu, onların parlamentə düşmək üçün can atdıqları, habelə nazirin əliylə fətullahçılara münbit şəraitin yaradıldığına dair məlumatlar hələ xeyli əvvəllərdən var idi. Ona görə də, Azad Rəhimovun AAAF Park məsələsində vasitəçi kimi çıxış etməsi qeyri-adi hal kimi nəzərə alınmır. Əksinə, nazirin nurçularla əlaqələrini sübut edəcək həddədir.

Növbəti sayımızda:

- 3 mlrd dollar ölkədən necə çıxarıldı?
- Vergilər Nazirliyi ilə AAAF Park arasında 6 rəqəmli rüşvət qalmaqalı nəylə bağlı olub?
- Zakir Fərəcovla Tofiq Heydərovun yola getməməsinə səbəb nədir?
Bu və digər məsələlər barəsində araşdırmalar saytımızda yayımlanacaq. Bizi izləyin…

P.S. Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
07-03-2024 12:06
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net