Biləsuvarın icra başçısının qoçuları baş redaktoru təhdid edirlər...
Tarix: 22-04-2015, 11:05 | Çap et
Biləsuvarın icra başçısının qoçuları baş redaktoru təhdid edirlər...
Dünən hörmətli hərbi jurnalistimiz Üzeyir Cəfərovun profilində icra başçılarını tənqid edən bir statusu saytımda yerləşdirdim.
Biləsuvar icra başçısı şəhidimizi təhqir edib, Müdafiə Naziriliyinin nümayəndəsi isə susub - ŞOK
İçtimaiyyət üçün maraqlı olduğunu nəzərə alaraq, bu həssas vaxtda icra başçısının xalqla belə kobud rəftar etməyi həqiqətəndə bir nonsensdir. Axı xalqımızın öz adət ənənəsi var və sən icra başçısı olmursan kim olursan ol onu pozmağa haqqın yoxdur.
“Biz xalqın qulluqçularıyıq”
Mahir müəllium deyəsən prezidentimizin dediyi bu məşhur frazanı yaddan çıxardıb. Özünü xalqın qulluqçusu yəni onun qulluğunda duran yox ağası sayır. Yoxsa xalq üçün müqəddəs olan şəhidimizin cənazı törəninə gecikməzdi. Gecikməyi qalsın bir tərəfə, olan şeydir, lakin sən törəni nə haqqla yubadırsan. Nə haqqla camatı belə təhqir edirsən? Görün bu haqqda Üzeyir bəy nə yazır:
“Rayon ictimaiyyətinin nümayəndələri şəhidi çiyinlərində müsəlman qayda-qanunlarına müvafiq olaraq "Allahu Əkbər!","Şəhidlər Ölməz, Vətən Bölünməz" nidaları ilə dəfn etməyə apararkən,yolun yarisinda dəfn prosesi saxladılıb. Səbəb də o göstərilib ki, bəs sən demə icra basşisi Mahir Quliyevin başı çox qarışıq olubmuş, onu gözləmək lazımdır. Bir qədər sonra dəfn prosesinə qatılan isra başçısı çox böyük tərbiyyəsizliyə yol verib. Şəhidinə sayğı göstərmək əvəzinə "Mal ölusu aparirsiz,ya meyid,bu ne hay küydü" kimi sözlərlə camaatı təhqir edib. Hələ bu da son deyil. Şəhidin meyidi zorla UAZ markalı avtomobilə qoyularaq təkbaşına dəfn yerinə aparılıb, çox pərt olan camaat da piyada Şəhidin son mənzilə yola salınan yerinə getməli olub”
Görəsən Mahir müəllim belə cürəti hardan alıb? Kim ona belə hərəkət etməyə haqq verib?
Bü yazıdan nəticə çıxartmaq əvəzinə adamlarını mənim üstümə salaraq mənə hədə qorxu gəlməyə başlayan Mahir müəllimə mən sadə bir məsləhət verərdim.
Mənə hədə qorxu gəlməkdənsə prezidentin sizə tapşırdığı rayonda social iqtisadi vəziyyəti düzəltsəydiniz daha yaxşı olardı. Çünki onsuzda Biləsuvardaki ağır vəziyyətdən bizə çoxlu şikayətlər gəlir və Teref. Info olaraq onları dərc etməyi davam edəcəyik.
Onsuzda prezidentin “Biləsuvarda işlər lazımi səviyyədə deyil” deməsi hamının yadındadır.
Mən isə qorxuluğumu 1 – ci Qarabağ müharibəsində erməni güllələrinin altında itirmişəm. Ona görə mənə xox gəlməyinə dəyməz. yaxşı olar ki, prezidentimiz demişkən “xalqın qulluqçusu” ol, ağası olmaq xülyalarına düşmə!
Nurəddin Xoca. - Teref.info





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net