Cahangir Hacıyevlə bağlı müəmmalı vəziyyət
Tarix: 17-04-2015, 10:08 | Çap et
Cahangir Hacıyevlə bağlı müəmmalı vəziyyət
Manatın devalivasiyasından sonra Beynəlxalq Bankın rəhbərliyindən istefa verən Cahangir Hacıyev ətrafında müəmma davam edir. JAM.AZ xəbər verir ki, məşhur bankirin niyə istefa verdiyi hələ də məlum deyil.

Amma onunla bağlı olduqca ilginc iddialar gündəmdə yer almaqdadır. Məsələn, bu yaxınlarda onun «Bank of Baku» və «Bank Texnika»ya prezident təyinatı alacağına dair bilgilər yayılsa da, təsdiqini tapmadı. Bundan başqa, Cahangir Hacıyevin yüksək postlardan birinə gətiriləcəyi də vurğulanır.

Qeyd edək ki, Hacıyevin işdən çıxmasının bir səbəbi kimi, onun bəzi bank əməliyyatları ilə bağlı ciddi yanlışlığa yol verməsi göstərilir. Hətta belə bir iddia da var ki, sözügedən şəxs külli miqdarda dollar alaraq, ayrı-ayrı adamlara satdığına görə, hədəfə gəlib.

Yayılan son məlumat isə sabiq bank rəhbəri haqqında müəmmalara daha birini əlavə edib. JAM.AZ-ın əldə etdiyi məlumata görə, bir neçə gün bundan əvvəl Cahangir Hacıyevin iki obyekti əlindən alınıb. İddialara görə, şəhərin mərkəzində yerləşən həmin bahalı obyektlər qəfil satışa çıxarılıb.

Bildirək ki, qeyd edilənlər təsdiqini taparsa, Hacıyev ətrafında yaranmış müəmmalı pərdəsi qismən açılmış olacaq. Və belə anlaşılacaq ki, həqiqətən də onun ciddi səhvi olub və bu səbəbdən də cəzalandırılır.

Məsələni dəqiqləşdirməyə çalışırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net