Səhiyyə Nazirliyi tenderləri İcra Hakimiyyətlərinin əlindən aldı
Tarix: 1-05-2015, 10:45 | Çap et
Səhiyyə Nazirliyi tenderləri İcra Hakimiyyətlərinin əlindən aldı
Səhiyyə Nazirliyi rayon İcra Hakimiyyətlərinin komptensiyasında olan tenderləri onların əlindən alıb. JAM.AZ-a verilən məlumata görə, bu ilin yanvar ayından etibarən yerli xəstəxanalar üçün nəzərdə tutulan vəsaitlərin və ləvazimatların alınmasını birbaşa nazirlik özü həyata keçirəcək.

Məlumatda vurğulanır ki, əvvəllər rayon İcra Hakimiyyətləri xəstəxanalar üçün tenderləri özləri keçirir və şirkətləri də özləri müəyyən edirdilər. Lakin bu ilin yanvarından etibarən həmin proses birbaşa Səhiyyə Nazirliyinin tabeçiliyinə verilib. Daha doğrusu, nazirlik hər il ayrılan milyonlarla manat vəsaitə nəzarəti əlində cəmləşdirib.

JAM.AZ-ın araşdırmalarına görə, belə bir addımın atılması təkcə milyonlarla manata nəzarəti həyata keçirmək yox, həm də Səhiyyə nazirinin müavinlərinin pul qazanması üçün şəraitin yaradılmasına hesablanıb. İddiaya görə, yeni qaydalara əsasən sarğı ləvazimatlarından tutmuş, inventara qədər hər şeyi səhiiyyə nazirinin müavini Elsəvər Ağayevin yaxınlarına məxsus şirkətlər həyata keçirəcək. Yəni, yeni yaradılmış şirkətlər tenderləri «udaraq», prosesi reallaşdıracaqlar.

Qeyd edək ki, hər il xəstəxanaların dərman pereparatlarının, sarğı və digər ləvazimatların, habelə inventarların alınması üçün büdcədən on milyonlarla manat pul ayrılırdı. Həmçinin tibb ocaqlarının təmir edilməsi və ya tikilməsi prosesi üçün də milyonlarla manat pulun ayrıldığı rəsmi rəqəmlərdən də məlumdur. Bundan sonra isə prosesi bütünlüklə Elsəvər Ağayevin şirkətləri həyata keçirəcək.

Xatırladaq ki, sözügedən nazir müavini, həmçinin dərman sektorunda da önəmli şirkətlərdən bir neçəsinə nəzarət edir. Və bu yaxınlarda onun da monopolist kimi adı gündəmə gəlmişdi. Eyni zamanda, nazir müavininin adı tikinti sektorunda da çəkilir.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net