İcra başçısı ilə baş həkim arasında skandal
Tarix: 27-04-2015, 09:06 | Çap et
İcra başçısı ilə baş həkim arasında skandal
"Biləsuvar rayon Mərkəzi Xəstəxanasının baş həkimi Şamil Cəfərov şəkər xəstələri üçün nəzərdə tutulan dərmanları vermir, xəstələri aldatmaqla məşğuldur".

Vertikal.Az xəbər verir ki, bu barədə rayon sakini Samir Poladov sosial şəbəkələrdə məlumat yayıb.

Onun sözlərinə görə xəstxanada rüşvət və korrupsiya tüğyan edir. Bu məlumatları sosial şəbəkələrdə yayan digər biləsuvarlılar da baş həkimə hətta icra başçısı Mahir Quliyevin belə təsir edə bilmədiyini yazırlar.

Məlumatda bildirilir ki, baş həkimin bu qanunsuzluqlarına rayon icra hakimiyyətindən təpki gəlsə də, Şamil Cəfərov buna məhəl qoymayıb.

Rayon sakini Rasim Әliyev isə Arqument.Az-a bildirib ki, əslində, icra başçısı baş həkimə söz deyə bilmir, çünki baş həkimlə aralarında dəfələrlə maliyyə skandalı olub. Ona görə də Mahir Quliyev bu skandalın baş həkim tərəfindən ictimailəşməsindən çəkinir.

Mövzu ilə bağlı Biləsuvar rayon İcra Hakimiyyəti ilə rayon Mərkəzi xəstəxanasının baş həkiminin də mövqeyini dərc edəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net