«Bakcell»in lotoreya oğurluğu? FOTO
Tarix: 22-04-2015, 09:56 | Çap et
«Bakcell»in lotoreya oğurluğu? FOTO
Türkiyədə artıq mobil rabitə abunəçiləri izin olmadan reklam mətni sms-lər almayacaqlar. Türkiyədə qəbuledilmiş qanunlara əsasən vətəndaşların icazəsi olmadan heç bir operator onlara reklam mətnli sms yollaya bilməyəcəklər.
Azərbaycanda sə hətta Milli Məclisin müzakirəsinə çıxarılmış, Rabit və Yüksək Texnalogiyalar Nazirliyinin də müdaxilə etdiyi problem qalmaqdadır. Xüsusilə də mobil operatorlar içində Bakcell abunəçiləri ciddi sorunlarla üzləşirlər. Əsasən 5585-dən Bakcell abunəiçlərinə göndərilən reklam sms-lərinin mətni olduqca maraqlıdır.

«Bakcell»in lotoreya oğurluğu? FOTO

GUNDEMİNFO.AZ-ın apardığı araşdırmalar zamanı bəlli olub ki, əslində şirkət «Qiymətli kağızlar haqqında» və «Stimullaşdırıcı lotoreyaların keçirilməsi haqqında»
Azərbaycan Respublikasının qanunlarının tələbləri pozulur. Müavfiq qanunvericiliyə asəsən hər hansı bir şirkət stimullaşdırıcı lotoreya keçirmək üçün istehlakçıya təqdim etdiyi məhsulunun satışını məcburi həyata keçirə bilməz. Yəni Bakcell müvafiq olaraq göstərdiyi xidmətə görə aldığı pula həm də öz məhsullarını reklam edə bilməz.
Məntiqlə Bakcell həm abunəçilərinə pula danışıq dəqiqələri satır, həm də satdığıkonturlar hesabına istehlakçının mülkiyyətind olan xətdə öz reklamlarını yayır. Bu isə istehlakçıların hüquqlarının kobud pozulması deməkdir.
GUNDEMİNFO.AZ -a müraciət edən abunəçilər deyir ki, indiki ağıllı smartfonlarda işləmə mexanimi toxunma formasında olduğu üçün Bakcell-dən gələn reklamlara təsadüfən toxunuş baş verir və cavab sms ilə hər üçün abunəçidən 24 qəpikdən başlayaraq pullar silinməyə başlayır. Bununla da abunəçinin belə xəbəri olmadan balansından pullar silinir.
Bu mövzu ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyinin və Bakcell-in də mövqeyini öyrənməyə çalışırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net