İcra başçısı müavininin kollec TALANI
Tarix: 16-04-2015, 10:08 | Çap et
İcra başçısı müavininin kollec TALANI
Şamaxı Dövlət Sənaye İqtisad Kollecində bir sıra özbaşınalıqların baş verməsi ilə bağlı redaksiyamıza məlumat daxil olub. Vertikal.az-a verilən məlumata görə, hazırda imtahan sessiyasında olan kollecin tələbələri başlarına gətirilən müsibətlərdən şikayətçi düşüblər.

Onlar imtahanlar üçün 250 manatdan pul yığıldığını və bunun məcburi olduğunu vurğulayırlar. Tələbələr iddia edirlər ki, kollecin direktoru Anar Abbasovun tapşırığı əsasında dekan və müəllimlər pulları yığmaqla məşğuldur. Pul verməyənləri isə ya incidir, ya qovacaqları ilə hədələyirlər.

Məlumatda o da deyilir ki, Şamaxı Dövlət Sənaye və İqtisad Kollecinin direktoru Anar Abbasov sərbəst şəxs deyil və o, ən kiçik məsələ ilə üzləşdikdə Şamaxı rayon İcra Hakimiyyətinə üz tututur. Xüususən də mətbuat onun haqqında bir cümlə yazarsa, icra başçısının müavini Qasım Qasımov dərhal Abbasovu yanına çağırır. Görüşdə nələrdən danışıldığı məlum olmasa da, kollecin direktoru bütün müəllimlərin qarşısında duraraq, onlara «Qasım müəllimin yanında oldum və onu gördüm» deməklə kifayətlənir.

Vertikal.az-a məlumat verən mənbələn bildirirlər ki, Anar Abbasovun yarıtmaz fəaliyyətindən narazı düşmüş şəslər dəfələrlə Təhsil Nazirliyinə müraciət etsələr də, heç bir xeyri olmayıb. Əksinə, Abbasova bir qədər də şərait yaradıblar. «Maraqlıdır ki, kollec direktoru niyə icra başçısının müavininin əlində əsir olmalıdır. Həmçinin Qasım Qasımov Təhsil Nazirliyinin araşdırmalı olduğu prosesi özü himayəsinə alarsa, bu artıq səlahiyyət həddini aşmaqdır».

Şamaxı sakinləri deyirlər ki, Sənaye İqtisad Kollecinin daha güclü, daha səviyyəli təhsil verməsini arzulayırlar. Lakin Anar Abbasovun fəaliyyətindən narazı olduqları üçün işdən çıxarılmasını tələb edirlər.

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net