Hansı icra başçısı Ana Təbiətin qəniminə çevrilib?
Tarix: 3-04-2015, 16:32 | Çap et
Hansı icra başçısı Ana Təbiətin qəniminə çevrilib?
Bakının məşhur icra başçılarından biri Abidin Fərzəliyevin ov həvəskarı olması barədə məlumatlar bir neçə dəfə mediada yayılıb.

Nərimanov rayon icra hakimiyyətinin başçısının ölkənin müxtəlif yerlərində, hətta o edilməsi qadağan olunan dövlət qoruqlarında belə ov ovlayıb, quş quşladığı barədə Vertikal.az-a maraqlı məlumatlar daxil olub.

Abidin Fərzəliyevin Nərimanov rayonunda böyük biznes imperiyasına sahib olması barədə saytımızda məlumat vermişik.

İlk öncə Abdin Fərzəliyev isminə açıqlama verək. Fərzəliyev Abdin Ələsqər oğlu 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub.

O, 2003-cü ilin aprel ayında Azərbaycan Respublikası Prezidentinin Sərancami ilə Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyətinin Başçısı vəzifəsinə təyin edilib. 2005-ci ilin dekabr ayından isə Azərbaycan Respublikası Prezidentinin Sərancamı ilə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Redaksiyamıza daxil olan məlumat belədir ki, bu günlərdə dövlət işlərini bir kənara qoyaraq Lənkəran rayonuna ova yollanıb.

Abdin Fərzəliyev ov həvəskarıdır. Onun ov etmək üçün özünəməxsus müxtəlif sortlu itləri vardır və həmin itlərin sayı 20-yə yaxındırki onlara da xüsusi baxıcılar baxır. Onun əsas ov məkanı isə Lənkəranın Sarı 2 kəndində yerləşən dövlət qoruğunda həyata keçirilir. Mənbəmiz bildirir ki, icra başçısı ova 10-a yaxın müxtəlif Cip avtomaşınları ilə gəlir və onunla bu istirahət mərasiminə prokuror, hakim və digər vəzifəli şəxslər də qoşulurlar(onların da kimliyi bizə məlumdur).





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net