Sumqayıtın “Şərq bazarı”nda 66 sahibkarla “bazarkom” yenidən qarşı-qarşıya gəldi
Tarix: 3-04-2015, 09:53 | Çap et
Sumqayıtın “Şərq bazarı”nda 66 sahibkarla “bazarkom” yenidən qarşı-qarşıya gəldi
Bir müddət əvvəl mətbuatı olaraq Sumqayıtda “Şərq bazarı” adlanan ticarət mərkəzi ətrafında 66 sahibkar və Rəşid Babayev arasında yaşanan qarşıdurma zəbt etmişdi.Aylarla bu məsələ ölənin yüzlərlə tanınmış qəzet və saytlarının manşetindən düşmürdü. Neçə illərdir həllini tapmayan bu məsələdə Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevdən,onun qardaşı,Sumqayıt icra hakimiyyəti başçısının müavini Akif Quliyevdən tutmuş, keçmiş baş prokuror ,hal-hazırda Azərbaycanın Rumıniyadakı səfiri Eldar Həsənova,onun qardaşı Şahin Həsənov,eləcə də İcra başçısı Eldar Əzizova və Əmlak Komitəsinin sədri Kərəm Həsənova qədər qədər bir çox məmurların adı hallanıb Qısa xatırlatma üçün bildirək ki, bazarın müdiri Rəşid Babayev 2010-cu ildə “Şərq bazarı”nın bir hektardan çox ərazisini gizlincə və qanunsuz olaraq özəlləşdirəndən sonra” həvəslənərək” sözügedən 66 obyekti sahibkarların əlindən almaq ,sonradan isə ümumiyyətlə sökmək istəyirdi.Baxmayaraq ki, cəmi 12 sot ərazini əhatə edən 66 obyektin sahiblərinin əlində dükanların onlara məxsus olması haqda tam qanuni sənəd olub. Məsələ ilə bağlı Bolgxeber.com-a yeni məlumatlar daxil olmuşdur. Bolgexeber.com-un redaksiyasina müraciət edən Sahibkarlar bildirir ki,əslində bu problemə qarşıdurma da demək olmaz ,çünki onun baiskarı 1 hektardan çox yaxın ərazi ilə və gündəlik bir neçə min manatla qane olmayan Rəşid Babayevdir.
Məsələ ilə bağlı qaranlıq məqam qalmasın deyə onun tarixçəsinə bir qədər nəzər salaq. 1988-ci il aprelin 12-də o zamankı Sumqayıt şəhər icraiyyə komitəsinin müvafiq sərəncamı ilə əsası qoyulan bazar 1997-cil 27 yanvardan RŞHT şirkəti adı ilə fəaliyyət göstərib,lakin elə o vaxtan binanın yuxarısında yazılan ada görə ticarət mərkəzi və onu ətrafındakı ticarət obyektləri əhali arasında “Şərq bazarı” adı ilə tanınıb və tanınır. 1994-cü ildə mərhum prezident Heydər Əliyevin sahibkarlığın inkişafı üçün imzaladığı sərəncama əsaslanaraq ”Şərq bazarı” ərazisində ticarət üçün ərazidə yer ayrıldı və həmin Ticarət binasının yanında indi məşhur olan 66 dükan tikildi. “Şərq Bazarı “əslində iki hissədən, 66 sahibkara məxsus hal-hazırda cəmi 24 sotdan ibarər olan,hansının ki,Rəşidə ümumiyyətlə heç bir aidiyyəti yoxdur və Rəşidə və onun şəriklərinə məxsus 1 hektardan çox ərazidən ibarətdir.
Onu da vurğulayaq ki, sahibkarlar obyektlərini demək olar ki,öz vəsaitləri hesabına tikiblər,üstəlik Rəşid Babayevə həmin dükanlara görə fərdi qaydada o zaman üçün kifayət qədər böyük məbləğdə pul veriblər. Halbuki bu o zaman bu böyük risk idi,çünki bura tanınmırdı və hər şeyi sıfırdan başlamaq lazım idi. Ən əsası isə bu dükanların sənədlərini Rəşid Babayev öz əli ilə sahibkarlara verib. Bir müddət sonra obyektlərdə alış-veriş dirçələndən ,bazarın müştəriləri çoxalandan sonra Rəşid Babayev 66 dükanı əldən verdiyinə və bu dükanlardan özünə məxsus ərzidəki 200 –dən çox polkalar və çoxsaylı obyektlərdəki ki,yerpulu yığa bilmədiyinə görə çox heyfslənir və nəyin bahasına olursa -olsun geri qaytarmaq yolunu tutur.

Sahibkarlar o zaman mətbuata bildirmişdi ki:“Həmin ərazini biz öz vəsaitimiz hesabına normal vəziyyətə gətirərək 1996-2006-cı illərdə ticarətlə məşğul olduq. Amma 2006-cı ildən başlayaraq sabiq baş prokuror Eldar Həsənovun qohumu Afət Həsənova ilə birləşən “Şərq” bazarının keçmiş sahibi Rəşid Babayev özəlləşdirilmiş hissəyə, bizim əmlaklara qarşı iddia irəli sürməyə başladı. Nəticədə 2007-ci ildən başlanan proses 2010-cu ildə Əmlak Komitəsinin bizim dükanların altındakı torpaq sahəsini Rəşid Babayev üçün özəlləşdirməsi ilə nəticələndi. Bu anormal bir hal idi ki,dükan bizim yer isə onun sayılırdı. Qanunla ticarət obyektlərinin yerləşdiyi torpaq da bizim olmalı idi. Biz məhkəməyə müraciət etdik. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin çıxardığı qərara görə, ticarət obyektlərinin yerləşdiyi torpaq yenidən bizim mülkiyyətə qaytarıldı. Amma bazarın rəhbəri Rəşid Babayev hər gün sahibkarlara hədə-qorxu gəlir , təhqir edərək deyir ki, bura mənimdir və siz mənə işləməlisiniz. Buradakı 66 mağaza 1994-95-ci illərdə tikilib,şəxsi mağazalarımızdır, bütün sənədləri- kupçası, qeydiyyat vəsiqəsi, çıxarışı var. Nəzərə alsaq ki, hər bir dükanda 4-5 nəfər işləyir və onların hər biri 3-4 nəfərdən ibarət ailəni dolandırır, o zaman 66 dükanın sökülməsi 1000-ə yaxın insanın “çörəksiz”, yüzlərlə insanın işsiz qalması deməkdir”.

Həmin zaman sahibkarlarla icra başçısı arasında görüş keçirilib. Həmin görüşdə Eldar Əizov deyib ki, o, bazarın sökülməsinə tərəfdar olmasa da, Rəşid Babayevin əlindəki sənəd onu da aciz vəziyyətə salıb. “Qanunla mənim əmlak məsələrinə qarışmağa səlahiyyətim çatmır və hətta bazarkom rüşvət ilə Əmlak komitəsini ələ alsa da, kişi ərazini özəlləşdirib, onun əlində daşdan keçən sənəd var, siz isə bu illər ərzində səhlənkarlıq edərək sənədlərinizi düzəltməmisiniz deyə əlinizdəki mövcud sənədlə məhkəməyə getsəz belə uduzacaqsınız”. Bəlkə də o bunu sahibkarları ruhdan salmaq üçün deyib.Amma icra başçısının dediyinin əksinə olaraq sahibkarlar birləşib Əmlak Komitəsinə qarşı qaldırdıqları məhkəmələri udmağa nail olurlar.Həm yerli məhkəmə,həm Apellyasiya,həm də Ali Məhkəmə sahaqları tapdanan sahibkarların xerinə qərar verirlər və bundan sonra sdükan sahibləri dükanları abadlıaşdırmaq üçün lahiyəni həyata keçirməyə başlayırlar.İlk baxışdan düşünmək olardı ki,məsələ bununla bitəcək . Lakin sonradan Rəşid Babayev Sumqayıt Şəhər Memarlıq və Şəhərsalma İdarəsi ni məhkəməyə verir və iş məhkəmə predmeti olduğundan tikinti -abadlıq işlərinə həbs qoyulur . Üstəlik müxtəlif şübhəli yollarla o Əmlak Komitəsini məhkəməyə verməyə və iki məhkəmə instansiyasının onun xeyrinə qərar çıxardılmasına nail olaraq revanş götürür
Uzun sürən məhkəmə çəkişmələrində Rəşid Babayeva dəstək verənlərdən biri də Akif Quliyev sayılırdı.Onun açıq havada meyvə-tərəvəz bazarına şərik olması bildirilirdi. Lakin mətbuatda adı hallanandan sonra o bazarda elə də görünmədi. Hətta “müharibənin” ən qızğın vaxtlarinda dükanlarin sökülmək qorxusu olan vaxtlarda vaxtında Akif Quliyev bazarda tez-tez görüşdüyü bazarkomla söhbət zamanı onun Rəşid Babayevə “Lazım olsa özüm traktorda oturub bunların dükanını sökəcəm” deməsi medianın manşet başlıqlarından düşmürdü.
Onu da bildirək ki,əraziyə göz dikən böyük oliqarxlar də az deyil.Bir versiya da var ki, elə əsas məqsəd də dükanların sökülməsi və onun yerində böyük bir ticarət mərkəzi tikmək istəyi olubvə bu planın həyata keçirilməsində qanuni dükanlar “maneçilik” edib. Sahibkarlar bildirir ki,bu illər ərzində Rəşid Babyev dükan sahiblərinə qalib gəlmək üçün mümkün olan bütün vasitələrdən, təyziqlərdən,şantajlardan istifadə edib və indi də edir.Sahibkarlara nifrətini gizlətməyərək onların qabağa çıxartdıqları mallarını şəxsən təpikləməkdən belə çəkinmir,dükanların qanunsuz yerə sökülməsinə etiraz edənlərin bir neçəsini hətta o zaman həbsə də saldırıb,ərazini hasarlatdırıb və sairə.Lakin məqsədinə hələdə çata bilməyib.Məsələnin məhz mətbut vasitəsilə ölkədə geniş əks-səda oyatması,ictimailəşməsi dükanları sökmək istəyənləri çəkindirdi. Eldar Əzizov da dükanların sökülməsinin böyük sosial etiraza çevriləcəyindən ehtiyat edir.Bu vaxtacan Prezident Aparatına ,Ədliyyə nazirliyinə və mümkün bütün dövlət qurumlarına çoxsaylı müraciət,şikayət edən sahibkarların əzmkarlığı və birliyi də öz töhfəsini verdi.Sahibkarlar bildirir ki, hətta bir neçə il əvvəl “sizin bəxtiniz gətirib ki, bazarkom mənim yerlimdir və mən onu,mənə söz gələr deyə müdafiə edə bilmirəm” deyən Eldar Əzizov da İcra hakimiyyətində sözdə olsa sahibkarlara görüşdə “bazarkom”a məsləhət vermişdi ki, demişdi ki,sahibkarlardan əls çəksin ,haqsızlıq etməsin bu yaxşı iş deyil və bunun axırı onu üçün yaxşı qurtarmaya bilər. Lakin Rəşid Babayev nə yaxşı məsləhətə nə ölkə ,nə də mənəvi qanunlara qulaq asmayaraq öz bildiyindən əl çəkməyib və sahibkarlarla “müharibəni” davam edir.
“Şərq bazarı”nın rəhbəri Rəşid Babayevin keçmişi ilə də bağlı “Azadlıq”da maraqlı məlumat getmişdi. Gün ərzində bazardan 6-7 min manat qazanc götürən Babayevin dövlətə vergi verməməsi bir kənara, həmçinin haqqında vaxtilə qaldırılmış cinayət işinin olduğu bildirilir. Mənbənin sözlərinə görə, 1997-ci ildə onun barəsində Sumqayıt Şəhər Prokurorluğu tərəfindən qaldırılmış cinayət işinin aqibəti bəlli deyil. Həmin vaxt Babayevin məhz sabiq baş prokuror Eldar Həsənovun köməyilə sudan quru çıxdığı bildirilir. Daha doğrusu, Həsənovun qardaşının bazara şərik olmasından sonra işlər qaydasına düşüb.
Yeri gəlmişkən, “Şərq bazarı”nda yerpulu yığan Musa adlı şəxsin Həsənovun bacanağı olması bildirilir. Sənədlərdə isə bu vaxtacan , EldarHəsənovun yaxını olması bildirilən Afəf Həsənovun getməsi heç də təsadüfi deyil.

Rəşid Babayev ərazini 2010-cu ildə özəlləşdirdiyini bildirsə də, sahibkarların bir çoxu öz obyektlərini 2003–cü iləcən qanuni şəkildə özəlləşdiriblər. Bu məsələni araşdıranda ortaya böyük korrupsiya faktları çıxır. Məlum olur ki, Əmlak Komitəsi elə özünün bir dəfə ayrı-ayrı sahibkarın adına özəlləşdirdiyi torpaq sahəsini çox güman böyük rüşvət müqabilində qanunsuz olaraq indi 2-ci dəfə Rəşid Babayevin adına özəlləşdirib və tarixdə analoqu olmayan vəziyyət yaranır: tikili başqasının olur, torpaq isə başqasının.
Apellyasiya Məhkəməsini udan Rəşid hal-hazırda Ali Məhkəməyə hazırlaşır.Lakin sahibkarlar deyirlər ki,Rəşidin Əmlak Komitəsini məhkəməyə verməsi bu məsələ ilə bağlı yaradılan komisiyanın sədrinin heç vecinə də deyil.Kərəm Həsənovun işçisi sanki Rəşidin maraqlarından çıxış edir.Sahibkarlar bildirir ki,Əmlak Komitəsinin hüquqşünasları ümumiyyətlə məhkəmə iclaslarına gəlmir.Sanki onları heç məhkəməyə verməyiblər.Məsələ ilə bağlı yaradılan komissiyanın sədri , Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Yusif Qəmbərov sahibkarlara deyib ki, Rəşid Babayev məhkəməni udacaq və sizin sərəncamınız ləğv olunandan sonra Rəşid sizin dükanınızın qabağındakı gediş-gəliş yolunda tikintiyə başlayıb sizi “ofsaydda” qoyacaq.Sahibkarların "bəs bizim qabağımız tamamilə tutulduğu halda biz necə işləyə bilərək" sualına Yusif Qəmbərov rahatca deyir ki,siz arkaların arasını dağıdıb müştərilərin gediş-gəlişi üçün yol açın. Yusif Qəmbərov bazarkomun ortağı sayılan Şahin Həsənova böyük hörməti olmasını və onunla yaxşı münasibətdə olmasını da sahibkarlardan gizlətmir. Bu absurd da olsa Rəşid Babayev dükan sahiblərinin düz qabağını,camaatın gediş-gəliş yolunu özəlləşdirmək istəyir.
Dəhşətləsi orasıdır ki, 1 hektar əraziyə olan sənəd Əmlak Komitəsi tərəfindən sərancamla ləğv oluna-oluna,yəni öz sənədi olmaya –olmaya o həm Əmlakı ,həm bələdiyyəni ,həm də Şəhər Memarlıq və Şəhərsalma İdarəsini məhkəməyə verir,sahibkarlarla sənəd davası edir. Özünün sənədi olmayan bazarkom sahibkarların sənədini ləğv elətdirmək istəyir.

Mənbə bildirir ki,“Qara mühasibatlıq” neçə illərdir burada böyük vüsət alıb. Müqavilədə arenda pulu məsələn sənəddə 80-100 manat yazılsa da faktiki olaraq 500-1000 yığılır.Bazarın əhatə dairəsində təxminən 200-dən artıq irili-xırdalı obyektlərin olduğunu və onlardan hər ay 500-1500 manat yığılmasını nəzərə alsaq, onda toplanan və büdcədən yayındırılan vəsaitin böyüklüyü məlum olar.

Ərazidə nəzər gözə çarpan mənzərələrdən biri də maşın yolunun üzərində yerləşən,qanunsuz olaraq fəaliyyət göstərən meyvə-tərəvəz bazarında həm dəhşətli dərəcədə antisanitariya şəraiti, həm də əməlli başlı qanunsuzluq hökm sürməsidir . Hər gün Rəşidin adamları sayı yüzdən çox olan hər “polkadan “gündəlik 15 manat, pul yığır. Bundan başqa hər gün “sanepidsatansiya”nın məsul nümayəndəsi hər meyvə-tərəvəz piştaxtasından 2-3 manat pul yığır və çek verməməyi bir yana qalsın bazara daxil olan məhsulların keyfiyyətini qətiyyən yoxlamayaraq əhalinin təhlükəzsizliyini risqə qoyur. Bizdə olan məlumata görə, onun məhsulları yoxlamağa heç müvafiq labaratoriya avadanlığı da yoxdur. Bu barədə məlumatda deyilir ki, Rəşid Babayev açış-aşkar bəyan edir ki, onun üçün Azərbaycan qanunlarının heç bir dəyəri yoxdur. Rəşid Babayev birmənalı olaraq deyir ki, o, qanun saymır. Məlumatlarda həmçinin bazar rəhbərliyinin vergidən və sosial sığorta ödənişlərindən ustalıqla yayınması əks olunur. Eldar Əzizovun son illər Sumqayıtda apardığı abadlıq işlərinin yanında “Şərq bazarı”ndakı meyvə-tərəvəz bazrı yamaq kimi görünür. Görəsən Eldar Əzizov ölkənin 21-ci əsrdə ,ölkədə I Avropa Olimpiya Oyunlaru keçirilən bir ərəfədə ikinci böyük şəhərin mərkəzində orta əsrləri xatırladan ,xəstəlik mənbəyi olan,şəhərə ləkə olan bu bazarı neçə ildir “niyə görmək” istəmir?!. Hətta ən ucqar və geridə qalmış rayonlarda belə bu cür primitiv və açınacaqlı mənzərəyə rast gəlmək olmaq. Zaman keçdikcə binalar, səkilər, bardürlər ,hətta işıqforlar belə yeniləndi. Lakin uzun illər boyu dəyişməyən bir məkan var ki,o da “Şərq” bazarıdır.Yağış yaxan zaman bura palğın.zığın əlindən daha dözülməz hala düşür.Bu bazarın vəziyyəti illərlə qabardılsa da vəziyyət nəinki yaxşılığa doğru dəyişib, əksinə daha da bərbadlaşıb. İlin istənilən fəslində bazarda hökm sürən xaos, antisanitariya sanki buranın simasına çevrilib.Bu ərazidən insanların gediş-gəlişi əməlli-başlı müşkülə çevrilib. Bir tərəfdən də maşınların hərəkəti vəziyyəti daha da dözümsüzləşdirir. Bazarın həm meyvə-tərəvəz, həm də tikinti materialları satılan hissəsindən keçən avtomobil yolunda tıxaclar yaranır.Bundan başqa bazarda alıcıların tərəzidə bir qayda olaraq aldadılmasına müvafiq orqanlar heç bir tədbir görülür.Satıçılar hər gün haqq verdiklərindən kobudluq da etsələr,alıcını aldatsalar da cəzalanmayacaqlarını arxayındırlar.Yaxınlıqda yaşayan sakinlərin dediyinə görə belə hallar iyetərincədir. Sahibkarlar deyir ki,bazarkom dükan sahiblərinə problem yaratmağa çalışmaqdansa öz problemlərinin həlli ilə məşğul olsa daha yaxşı olar.

“YouTube”da yerləşdirilən aşağıdakı videoları da təqdim edirik ki,özünüz buradakı meyvə-tərəvəz bazarının nə qədər açınacaqlı və bərbad gündə olmasını görəsiniz. Məsələni gündəmdə saxlayacağıq.Ardı var,bizi izəlyin. Yazıda adı çəkilən bütün tərəflərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net