Nazir Fazil Məmmədov icra başçısını hədəfə gətirdi - FAKTLAR
Tarix: 31-03-2015, 11:29 | Çap et
Nazir Fazil Məmmədov icra başçısını hədəfə gətirdi - FAKTLAR
Xəbər verildiyi kimi, Vergilər Nazirliyinin mətbu orqanı olan "Vergilər” qəzetinin fevral və mart buraxılışlarında yüzlərlə şirkətin ləğv edilməsi haqda elan dərc olunub. Ləğv edilən şirkətlərin arasında isə daha çox nüfuzlu məmurlar və onların qohumlarının adına olan şirkətlərin adının yer alması isə, maraqlı proseslərdən xəbər verir.

Bu barədə Mia.az-a daxil olan məlumata görə, ləğv edilən həmin şirkətlərlə bağlı hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Baş Mübarizə İdarəsi tərəfindən barələrində cinayət işi açılan şirkətlərin sayı da az deyil:

«Vergilər Nazirliyinin açıqladığı siyahı əsasında apaılan araşdırmalarda qeyd olunduğuna görə, həmin şirkətlər nazirlik, komitə və icra hakimiyyətlərinin xüsusi ixtisas tələb etməyən mal, iş və xidmətlərin təchizatında yol verilən geniş korrupsiya mezanizmində istifadə olunub. Diqqətçəkən məqam odur ki, məmurlara bağlı olan eyni şirkət həm təsərrüfat malları və avadanlığın təchizatçısı, həm də avtomobil yolunun təmirçisi kimi xidmətlər göstərib. Yəni məmurlar qanunları kobud şəkildə pozmaqla öz şirkətləri vasitəsiylə bütün sahələrdə maliyyə fırıldaqlarına yol veriblər. Düşündürücü haldır ki, bu qanun pozuntularını və talançılığı isə dövlət büdcəsinin istifadəsinə nəzarət edən Maliyyə Nazirliyi, Hesablama Palatası və eləcə də dövlət satınalmalarının həyata keçirilməsinə nəzarət edən Satınalmalar üzrə Dövlət Agentliyi bir dəfə də olsun "görməyib”. Söhbətin yüz milyonlarla manat dövlət vəsaitindən getdiyini göz önünə gətirsək, nazirlik və digər cavableh qurumların niyə susqun davranmalarını bilmək də çətin deyil. Çünki həmin şirkətləri iri ranqlı məmurlara bağlıdır. Şübhə olunmur ki, onlar eyni zamanda cavabdeh qurumların "haqq-hesabları”nl da vaxtlı-vaxtında çatdırıblar ».

Mia.az-ın məlumatına görə, bəzi nazir və əksər icra başçılarının "maliyyə pramidası”na daxil olan şirkətlərin sayı daha çoxdur. Elə ləğv edilən şirkətlər arasında Əlirza Kərimovun təsisçisi olduğu şirkətlərin adını göstərmək yuxarıdakı məlumatı təsdiqləyə bilər. Bu şəxs vaxtilə Salyan rayonunun icra başçısı olan Tahir Kərimovun qardaşıdır:

«Onun sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox – 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir. Bu qədər tenderdə iştirak etmək və qalib gəlmək, satınalma müqavilələrini icra etmək, dövlət orqanları qarşısında mütəmadi hesabatlar vermək üçün nə qədər böyük inzibati potensiala sahib olmaq lazım gəldiyini demək qrtıq olardı. Biz hələ ilkin maliyyə imkanları və texniki və kadr potensialını demirik».

İcra başçısı Tahir Kərimovun qardaşının ayrı-ayrı şirkətləri vasitəsiylə isə bir sıra iri dövlət şirkətlərinin tenderlərinin şübhəli şəkildə qalibi olması haqda da məlumatlar var.

Mia.az-ın əldə etdiyi məlumata görə, Tahir Kərimov qardaşının adına olan şirkətlər vasitəsiylə ayrı-ayrı iri dövlət qurumlarının "keçirdiyi” bəzi iri tenderlərə sahiblənib. Bundan əlavə, onun rayonun büdcə təşkilatlarının irili-xırdalı bütün təlabatlarını təmin etmək üçün yalnız qardaşının və digər ailə üzvlərinin nəzarətində olan firmalardan yararladığı da sirr deyil. O, bu cür «əməliyyatları» hələ Daşkəsəndə icra başçısı işlədiyi dönəmlərdən tətbiq etməyə başlayıb:

«Doğrudur, Vergilər Nazirliyinin məlum ləğv edilən şirkətlərin siyahısını açıqlamasına iki istiqamətdən baxanlar var. Bir tərəf iddia edir ki, həmin şirkətlər ləğv edilməklə, məmurlar və onları çevrəsinin talan etdikləri vəsaitlərlə bağlıl izi itirilir. Yəni şirkətlər ləğv olunduqdan sonra mənimsənilən milyonların hesabatı sorulmayacaq. Digər qrup isə tam əksinə düşünür və hesab edir ki, bu ləğv edilən şirkətlərlə bağlı ətraflı siyahının indiki həssas məqamda açıqlanması təsadüfi deyil. Yəni Mərkəzi Bankın bir ay əvvəl verdiyi qərardan sonra ölkənin maliyyə sektorunda yaşanan böhranlı vəziyyət hakim dairələri büdcə xərcləri ilə bağlı ətraflı araşdırmaya sövq edir. Başqa sözlə ifadə etsək, büdcə oğrularına qarşı geniş masştablı tədbirlərin görüləcəyi gözlənilir. Vergilər Nazirliyinin açıqladığı bu siyahıdan sonra hakimiyyətin əlinə ən azı ictimai rəyi öz xeyrinə dəyişmək üçün gözəl fürsət verib. Mümkündür ki, ölkə rəhbərliyi anti-korrupsiya tədbirləri çərçivəsində büdcədən oğurluq etməkdə əsas rolu oynayan şirkətlərə qarşı ciddi tədbirlərin həyata keçirilməsi barədə prokuororluğa təlimat verilsin. O zaman Tahir Kərimovun qardaşı və digər yaxınları kimi, çox məmurun yolunun həbsxanaya düşəcəyinə şübhə olunmur».





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net