Yardımlıda sosial yardım üsyanı: 4 kəndin sakinləri Prezident Adminstrasiyasına şikayətə gələcək
Tarix: 31-07-2015, 14:55 | Çap et
Yardımlıda sosial yardım üsyanı: 4 kəndin sakinləri Prezident Adminstrasiyasına şikayətə gələcək
Yardımlı rayonunda sosial müavinətlərin verilməsi ilə bağlı ciddi narazılıqlar baş qaldırıb. Bununla bağlı Savash.org-a müraciət edən bir qrup rayon sakini bildirir ki, Yardımlı Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin rəhbəri Miramid Səmədovu yalnız şəxsi qazancı düşündürür: “Yardımlı ƏSMM-də əsl bazar mühiti yaradılıb. Sosial yardıma haqqı çatan aztəminatlı ailələrə müxtəlif vasitələrlə maneələr törədilir. Əvəzində isə maddi durumları kifayət qədər yaxşı olan şəxslərə sosial yardımlar təyin edilir ki, bu da qarşılıqlı maraqların təmin olunmasından sonra reallaşır. Miramid Səmədov istədiyi adama yardım təyin edir, umacağını ala bilmədiyi şəxsləri isə get-gələ salır”.
Savash.org-a Yardımlı rayonunun 4 kəndindən – Arvana, Bozeyran, Çayüzü və Daşkənd kəndlərindən daxil olan şikayət məktubunda baş verənlərlə bağlı Bakıya şikayətə gediləcəyi vurğulanır: “Yardımlı ƏSMM tərəfindən haqqı tapdalanan çoxsaylı şəxslər Bakıya – Prezident Adminstrasiyasına gedəcəyik. Bu bizim son çıxış yolumuzdur, çünki Miramid Səmədov artıq əndazəni aşıb. Biz eyni zamanda Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qəbuluna düşərək, ona yardımlıdakı real durumu çatdırmağa çalışacağıq”.
Sonda xatırladaq ki, Miramid Səmədov bundan öncə Yardımlı ƏSMM-də müavin vəzifəsində çalışıb. Rəisin işdən çıxarılmasından sonra isə onun səlahiyyətlərini müvəqqəti icra edir. Ümumiyyətlə isə son illər ərzində Yardımlı ƏSMM-ə bir neçə rəis təyinat alsa da onlar çox qısa vaxtdan sonra vəzifələrindən çıxarılıblar. Elə bu faktı özü də Yardımlı ƏSMM-də hansı qaydaların bərqərar olduğundan xəbər verir.
Növbəti yazımızda isə Yardımlı ƏSMM-nin müvəqqəti rəisi Miramid Səmədovun iştirakı ilə reallaşan şok maxinasiyaların təfərrüatlarını təqdim edəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net