Ölkənin ərzaq bazarının yarısına nəzarət edən «Azərsun» Holdinq satışa çıxarıldı
Tarix: 16-03-2015, 15:34 | Çap et
Ölkənin ərzaq bazarının yarısına nəzarət edən «Azərsun» Holdinq satışa çıxarıldı
Elə bu dəqiqələrdə redaksiyamıza ilginc bir informasiya daxil olub. Məlumatlı mənbələrdən Vertikal.az-a ötürülən informasiyada qeyd olunur ki, bu günlərdə dolların məzənnəsinin qalxmasına etiraz olaraq hakimiyyətə qarşı çıxan və rəsmən üsyan edən «Azərsun» Holdinqin prezidenti Abdolbari Goozal Azərbaycandakı sərvətini satışa çıxarıb.

Məlumatı verən mənbə iddia edir ki, ümumilikdə olaraq Azərbaycanda 12 milyard ABŞ dolları həcmində sərvətə malik olan Abdolbari Goozalın belə bir qərarı verməsi müəmmalarla doludur.

Xəbəri verən mənbə Goozalın bu addımını hakimiyyətin mümkün təzyiqləri ilə əlaqələndirir. Yəni ehtimal var ki, “Azərsun”un rəhbəri sərt çıxışından sonra təzqyiqlərə məruz qalıb və bu qərarı verib: «Abdolbari Goozal hakimiyyətin qəzəbinə tuş gəlib. Bu olmalı idi də. İllər ərzində Azərbaycandan faydalanan, milyonşudan milyarderə çevrilən Abdolbari Goozalın haqqı yox idi ki, rəsmi Bakıya qarşı getsin».

Əlavə bilgilər olacaq. Bütün tərəflərin də mövqeyini işıqlandıra bilərik…





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net