Mübariz Ağayev Mənsur Məmmədova qarşı niyə qara piar aparır?
Tarix: 8-04-2015, 12:38 | Çap et
Mübariz Ağayev Mənsur Məmmədova qarşı niyə qara piar aparır?
Mübariz Ağayevin öz patronu Ziya Məmmədovun yaxın qohumuna qarşı qara piar aparması anlaşılmazlıq yaradır.

Bu barədə dəfələrlə yazılıb. Hətta Milli Məclisdə dəfələrlə bu məsələ qaodırılıb. Son olaraq isə bu məsələ ilə bağlı Milli Məclisdə YAP icra katibinin müavini Siyavuş Novruz öz narazılığını və hiddətini bəyan edib. Təqribən yarım il əvvəl Milli Məclisdəki çıxışında hakim partiyanının təmsilçisi bildirmişdi ki, yeni təyin olunmuş icra başçıları bir qayda olaraq köhnə başçıların gördüyü işləri sökür və sökdükləri abad yerlərdə yenidən tikinti işləri aparırlar. Millət vəkili və hakim partiyanın təmsilçisi buna görə icra başçılarına xəbərdavrlıq da etmişdi.

Yəqin ki, oxucularımız söhbətin nədən getdiyini başa düşdülər. Bu barədə mətbuat da da davamlı olaraq yazılar dərc olunmaqdadır. Çox təəssüf ki, bütün dünyada tüğyan eləyən və artıq Azərbaycanda da kifayət qədər hiss iqtisadi böhran şəraitində bir çox icra başçıları «abadlıq» adı altında xalqın və dövlətin pullarını havaya sovururlar və eyni zamanda bu «abadlıq» işləri altında böyük mənimsəmələrə yol verirlər. Heç kim rayonlarda abadlıq işlərinin aparılmasına qarşı deyil. Azərbaycanın bütün ərazilərində davamlı olaraq abadlıq işləri aparılmalıdır. Lakin məsələ orasındadır ki, hər bir yeni başçı rayonu öz «zövqünə görə» abadlaşıdırır. Buna görə də yeni başçı köhnə başçının gördüyü bütün işləri sökür və yenidən «öz zövqünə görə» abalıq yaratmağa başlayır. Bu zaman isə köhnə başçının mənimsədiyi vəsaitlərlə birliikdə milyonlarla manat vəsait söküntülər nəticəsində çölə atılır. Sonra isə yeni başçının mənimsədiyi vəsaitlərlə birlikdə milyonlarla manat vəsait yenidən «abadlıq» işlərinə sərf olunur. Halbuki həmin «abadlığa» qətiyyən ehtiyac duyulmur. Bu «abadlıq» işləri zaman isə yenidən yüzlərlə sahibkara və sakinə ziyan dəyir, üstəlik idarə müdirləri, sahibkarlar yeni «abadlıq» işlərinə zorla maliyyə ayırmağa məcbur edilirlər.

Bu «abadlıq» işlərinin qəbulolunmaz tərəflərindən biri də «abadlıq» işlərinin ancaq rayon mərkəzində aparılmasıdır. Rayon mərkəzindən kənara çıxdığınız zaman isə xarabalıqlarla və bataqlıqlarla rastlaşacaqsınız. İcra başçılarının «abadlıq» işləri üçün rayon mərkəzindən kənara çıxmamasının səbəbi nədir? Bu da tamam başqa bir mövzudur. Hər şeydən əvvəl rayon mərkəzindən kənarda sahibkarların fəaliyyəti məhdud olur və demək ki, icrları onlardan pul ala bilmir.

Qeyd edək ki, bir neçə ay ölkə prezidenti cənab İlham Əliyev öz sərəncamı ilə bir neçə rayonun başçılarının yerini dəyişdi və bu yerdəyişmə nəticəsində Quba rayonunun başçısı Mübariz Ağayev Göyçay rayonunda Mənsur Məmmədovu əvəz etdi. Hazırda isə yuxarıda yazdığımız problem Göyçayda yenidən cərəyan eləməyə başlayıb. Göyçaydan AzFakt.com-a daxil olan məlumata əsasən Mübariz Ağayev hazırda Göyçaydaın mərkəzində böyük «abadlıq» işlərinə start verir. İcra başçısı bütün sahibkarların və idarə, təşkilat rəhbərlərinin arasında «abadlıq» aparılacaq əraziləri bölüşdürüb və onlardan bu «abadlıq» işləri üçün vəsait ayırmağı tələb edib. İmtina edərlərsə obyektlərinin söküləcəyini və işdən atılacaqlarını yaxşı bilən sahibkar və idarə müdirləri sakitsə və müticəsinə başçının tələbinə səssiz qalmaqdadırlar. Lakin buna baxmayaraq hər bir sahibkar artıq boğaza yığıldıqlarını da gizlətmir və bunu dükanlarında hər kəsə açıq-aşkar söyləyirlər. Biz bu narazılığın sonunun necə bitəcəyi haqqında proqnoz verməkdən uzuğuq, lakin o da aydındır ki, artıq vergi işçiləninin və icra hakimiyyətinin tələbləri qarşısında Azərbaycan orta sinifin sürətlə ortadan qalxması bir faktdır.

Göyçaydan AzFakt.com-a daxil olan məlumatda həmçinin bildirilir ki, Mübariz Ağayev sələfi Mənsur Məmmədovun gördüyü işləri artıq sökməyə başlayıb. Lakin Mübariz Ağayev Mənsur Məmmədovun gördüyü işləri sökməklə kifayətlənmir. İcra başçısının yaxın adamları hər yerdə həmçinin onu da bildirirlər ki, Göyçay rayonu xarabalığı xatırladır və Nəqliyyat naziri Ziya Məmmədovun yaxın qohumu olan Mənsur Məmmədov ancaq çapıb-talamaqla məşğul olduğuna görə rayonu xaraba qoyub. İndi isə hər şey dəyişib. Mübariz müəllim rayonu yenidən abalaşdıracaq. Bunun üçünsə təbii ki, Mübariz müəllimə maddi və mənəvi dəstək vermək gərəkəcək.

Qeyd edək ki, Mübariz Ağayevin Mənsur Məmmədova qarşı apardığı qara piarda başçı ilə əlaqələri olan saytlar da iştirak etməkdədir. Həmin saytlarda dərc olunan yazılarda bir qayda olaraq Mənsur Məmmədova qarşı ağır ittihamlar irəli sürülür və hazırda Göyçay rayonunun qonşuluğunda yerləşən Ucar rayonunun icra başçısı olan Mənsur Məmmədov tamimilə qara rəngdə təsvir olunur. Bunun müqabilində isə həmin yazılarda Mübariz Ağayev təriflənərək göyə qaldırılır. AzFakt.com-a məlumat verən mənbəninin sözlərinə görə Mənsur Məmmədova qarşı bütün bu qara piarın başında isə məhz Mübariz Ağayevin özü durur. Qeyd edək ki, hər iki başçı Nəqliyyat naziri Ziya Məmmədovun patronajlığı altında olması, Mübariz Ağayevin öz patronu Ziya Məmmədovun yaxın qohumuna qarşı qara piar aparması anlaşılmazlıq yaradır. Mənbə bunun birbaşa səbəbini bilməsə də, ehtimal edir ki, Mübariz Ağayev bu yolla Göyçayda daha böyük söküntülər aparmağa hazırlaşır və təbbi ki, indidən Göyçaın «xarabazara» çevrilməsi barədə ictimai rəy formalaşdırır. Mənbə hesab edir ki, Mübariz Ağayev «abadlaşdırılacaq» əraziləri böyütməklə daha çox qazanc əldə etməyi planlayır.

Mənbənin bildirdiyinə görə Mübariz Ağayev keçən son iki ildə həyata keçirilən abadlıq, tikinti, idarə müəsissələrin həyata keçirdikləri tenderlərin sənədlərini gözdən keçirdib. Başçının yoxladığı tender sənədlərində isə xeyli maxinasiyaların olduğu üzə çıxıb. Məhz buna görədə Mübariz Ağayev dolayısı ilə idarə, müəsissə müdirlərinə işarə edib ki, “xeyli maxinasiyanız var və qazandığınız pullardan rayon üçündə xərcləyin”.

Mənbəmiz qeyd edir ki, yeni icra başçısının idarə müdirləri ilə görüşdə Göyçay şəhərinin abadlığa böyük ehtiyacının olmasını dilinə gətirməsi isə bəzi şəxslərdə birmənalı qarşılanmayıb. Çünki keçmiş başçı Mənsur Məmmədov Göyçay şəhərinin mərkəzi hissələrində xeyli abadlıq işləri aparıb və bəzi yollar demək olar ki, yüksək standartlara cavab verir. Buna baxmayaraq mənbə Mübariz Ağayevin iki il əvvəl abadlaşdırılmış əraziləri sökməkdə israrlı olduğunu bildiririr.

Yazıda adı keçən vəzifəli şəxslərin mövqeyini dərc etməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net