Yəmən: Çin və Türkiyə vətəndaşlarını evakuasiya ediblər
Tarix: 4-04-2015, 10:11 | Çap et
Yəmən: Çin və Türkiyə vətəndaşlarını evakuasiya ediblər
Çinin hərbi dəniz donanması Yəmənin cənubundakı Ədən portundan 600 Çin vətəndaşını və 225 əcnəbini evakuasiya edib.

Çin bildirib ki, tarixdə ilk dəfə olaraq öz hərbi gəmilərindən xarici vətəndaşların xilas olunması üçün istifadə edib.

Çinin hərbi gəmiləri bura Somali sahillərində çəkdikləri anti-quldur keşikçi reydindən gətirilib.

Bu da xəbər verilir ki, Türkiyənin bir hərbi freqatı da 55 Türkiyə vətəndaşını Ədən portundan çıxarıb.

Bu arada Ədənin özündə huti şiə qiyamçıları ilə prezident Abdrabbuh Mansour Hadi-yə sadiq qüvvələr arasında döyüşlər davam edir.

Xəbər verilir ki, cümə günü Səudiyyə hərbi təyyarələrinin raket zərbələrindən sonra hutilər prezident sarayını tərk ediblər.

BMT bildirir ki, Ədəndə davam edən son zorakılıqlarda 500 nəfər həlak olub və daha 1700 nəfər yaralanıb.

Əl-Qaeda təşkilatı bəyan edib ki, ölkənin cənubundakı 2-ci hərbi dairə rayonunu tamamilə nəzarətə götürüb.





Xəbərlər
 
 
 
 
 
26-02-2021 15:33
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net