İrəvan partlayış astanasında
Tarix: 3-04-2015, 10:55 | Çap et
İrəvan partlayış astanasında
Ermənistanda vəziyyət günbəgün ağırlaşır. Ölkənin ixracat və idxal potensialı get-gedə minimuma enməsi əhalinin dolanışığına ciddi təsir göstərib və ictimai narazılıq artıb. Hətta vəziyyət sosial partlayış həddinə çatıb.

ANS PRESS-in məlumtına görə, Ermənistanın ixracı 26% azalıb, idxal isə 25% aşağı düşüb. Bunu Yerli mal İstehsalçıları İttifaqının sədri Vazgen Safaryan jurnalistlərə bildirib.

Onun sözlərinə görə, belə vəziyyətin yaranmasına Rusiya rublunun dəyərdən düşməsi səbəb olub. Rusiya rublunun dəyərinin itirməsi isə beynəlxalq bazarda neftin qiymətinin düşməsi ilə əlaqədaradır.

O, həyəcan təbilinin çalınması vaxtının çoxdan gəldiyini deyib: "Bu, çox təhlükəli vəziyyətdir. Mütləq ölkə hakimiyyəti bunu İctimai Şurada müzakirəyə çıxarmalıdır. Bütün təkliflər hökumətə göndəriləcək. Biz vəziyyətin son dərəcə ağır olması barədə ölkə prezidentinə müraciət edəcəyik. Amma prezidentin müdaxiləsinin təsiri olub-olmayacaq, bunu demək çox çətindir."





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net