Nemtsovun daha bir sevgilisi ortaya çıxdı
Tarix: 12-03-2015, 10:46 | Çap et
Nemtsovun daha bir sevgilisi ortaya çıxdı
Ölümü ilə nəinki Rusiyada, o cümlədən bütün dünyada qalmaqalların əsasını qoyan müxalifət lideri Boris Nemtsovun daha bir sevgilisi ortaya çıxıb. ANS PRESS-in məlumatına görə, bu aktrisa Natalya Lapinadır.

Sarışın və cazibədar aktrisanın uzun illər gənc siyasətçi ilə sevgi münasibəti olub. Lapina uzun illər öncə ABŞ-a köçüb və bu ölkədə ailə qurub. Sonra ərindən ayrılaraq özündən 20 yaş kiçik gəncə ərə gedib.

Onun Nemtsovla münasibətləri haqqında isə az insan məlumatlı olub. Müxalifət lideri cazibədar sarışının ilk sevgisi olub. "Biz çox gənc idik. Bu onun evlilikləri, uşaqlarından daha öncə olub. Mən teatr institutunun birinci kursunda təhsil alırdım. Bir dəfə çəkilişdə fasilə zamanı mən kitab oxumaq üçün parka getdim. Burada tennis kortunun qarşısında oturdum. Uzun qara buruq saçları olan yaraşıqlı oğlanı gördüm. O tennis oynayırdı. Mən ona uzun müddət baxdım və düşündüm "Necə yarşıqlı oğlandır, yəqin əcnəbidir"".

Aktrisa hətta gənc Nemtsova yaxınlaşıb özü tanış olmaq isəyib. Amma buna ehtiyac qalmayıb. Çünki Boris özü ona yaxınlaşıb. "O, dedi - "Sizin necə informativ baxışınız var". Mən sadəcə güldüm. Çünki yaşadığım rayaonda ancaq sərxoş, səhərdən içməyə başlayan kişiləri görməyə adət etmişdim. Borya isə onlardan çox fərqlənirdi. O, mənim ilk sevgim idi. O zamandan biz ayrılmadıq".

Onun sözlərinə görə, müxalifət lideri o zaman tez tez-təhsil aldığı məktəbə gəlirdi. Cütlük Boryanın anası ilə yaşadığı evdə çox zaman keçirirdi. Hədiyyə almağa isə pulları çox zaman olmurdu. "O zaman o ancaq mənə gül bağışlayırdı. Ancaq 15 il sonra o Vaşainqtona rəsmi səfər edəndə mənə yaxşı hədiyyə etmək imkanı qazandı. Mənə bilet aldı və yanına dəvət etdi. O zaman o həyat yoldaşından ayrılmışdı. Mən də boşanmışdım. Zəng etdi və soruşdu "Natalya bir həftə Vaşinqtonda olacağam. Mənim yanımda olmaq istəyirsən? Mənim sevincdən ayaqlarım yerdən kəsildi. Əlbətdə ki,mən onu görmək istəyirdim. Mən Amerikaya uçdum, Borya məni qarşıladı və zərfdə otel nömrəsinin açarlarını verdi, gözəl boyunbağı hədiyyə etdi. Hər gün saat 6-da biz idman zalında məşq edirdik".

Lapinanıan sözlərinə görə, bir gün Nemtsov içki içəndən sonra onu heç zaman unutmadığını etiraf etdi. O, siyasətçi öldürülən zaman yanında olan 23 yaşlı Anna Duritskaya və onun həyatındakı başqa qadınlarla heç bir tanışlığı olmadığını deyib. Amerikada keçən tətildən sonra aktrisa onun barəsində mahnı da yazıb - "Sənin yatağında".

Son zamanlar köhnə sevgililər ancaq internet və telefon vasitəsilə əlaqə saxlaya biliblər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net