ABŞ Kiyevə əlavə qeyri-döyüş yardımı göstərəcək
Tarix: 12-03-2015, 08:57 | Çap et
ABŞ Kiyevə əlavə qeyri-döyüş yardımı göstərəcək
Birləşmiş Ştatlar elan edib ki, Kiyevə 75 milyon dollarlıq qeyri-döyüş hərbi yardımı göstərəcək. ABŞ martın 11-də rusiyapərəsət separatçılardan bəzilərini və bir Rusiya bankını da qara siyahıya salıb.

Yardım paketinə radiolar, minaatıcılar əleyhinə radarlar, gecəgörmə qurğuları, ilk tibbi yardım, təcili yardım maşınları və digər tibbi ləvazimat daxildir. 200-dək silahsız Humvee və 30 zirehli maşın da veriləcək.

ABŞ-ın vitse-prezidenti Joe Biden Ukrayna prezidenti Petro Poroshenko ilə telefon söhbətində yeni yardım barədə danışıb.

NATO-nun baş katibi Jens Stoltenberg bu xəbərdən öncə bildirib ki, Rusiya Ukraynanın şərqində yaraqlıları silahlandırır və onlara təlim keçir. Kreml bu iddiaları təkzib edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net