İsrail Suriya ərazisinə hava zərbəsi endirib, 4 nəfər həlak olub
Tarix: 27-04-2015, 09:42 | Çap et
İsrail Suriya ərazisinə hava zərbəsi endirib, 4 nəfər həlak olub
İsrailə məxsus təyyarələr Suriya-Livan sərhədində yerləşən əl-Qəlamun yüksəkliklərində bir sıra bölgələrə zərbə endirib.

SalamNews-un "Al Mayadeen"ə istinadla verdiyi xəbərə görə, İsrailin bu təcavüzü nəticəsində dörd nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

"Al Jazeera"nın məlumatına əsasən, əl-Qəlamun yüksəkliklərindəki Vadi Şeyx və əl-Abbasiyyə bölgələrində Suriya ordusu və “Hizbullah”a məxsus raket qurğuları vurulub.

Bildirək ki, hazırda Suriya-İsrail sərhəd zolağı "əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu olan ən-“Nusra Cəbhəsi”nin nəzarətindədir.

Bununla belə, İsrail indiyədək terror qruplaşmalarına atəş açmayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net