`Soyqırım` üçün İrəvana hansı prezidentlər gedir?
Tarix: 22-04-2015, 10:14 | Çap et
`Soyqırım` üçün İrəvana hansı prezidentlər gedir?
Ermənistanın paytaxtı İrəvanda aprelin 24-ü qondarma “erməni soyqırımı”nın 100-cü il dönümü ilə bağlı keçiriləcək tədbirə hansı ölkə prezidentlərinin qatılacağı məlum olub.

Azvision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tədbirə Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Fransua Olland, Kiprin yunan hissəsinin lideri Nikos Anastasiadis və Serbiya prezidenti Nikoliç iştirak edəcək.

Bu barədə Ermənistan prezidentinin sözçüsü Viqen Sarkisyan məlumat yayıb. O bildirib ki, digər 60 ölkədən isə prezidentlər deyil, parlamentarilər “soyqırım” tədbirlərinə qatılacaq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net