İran Səudiyyə Ərəbistanına nota verdi
Tarix: 21-04-2015, 09:57 | Çap et
İran Səudiyyə Ərəbistanına nota verdi
Ötən gün Yəmən paytaxtında Səudiyyə Ərəbistanı qüvvələri tərəfindən atılan raket İran səfirliyini binasının bir neçə metrliyinə düşüb və rəsmi Tehran buna görə Səudiyyə Ərəbistanına diplomatik xəbərdarlıq edib.

İnterAz-ın "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, Səudiyyə Ərəbistanının Tehrandakı diplomatik nümayəndəsi Xarici İşlər naziriliyinə çağırılaraq rəsmi Tehranın etirazı bildirilib.

İranın Xarici İşlər nazirinin müavini Əmir Abdullahiyan bəyan edib ki, Səudiyyə Ərəbistanına ölkə diplomatlarının təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, İran mənbələri bu raket zərbəsində səfirlik binasının zərər gördüyünü lakin, diplomatlardan kimsənin həlak olmadığını bəyan edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net