ABŞ İraqın böyük neft emalı zavodunu İŞİD-dən qoruyur
Tarix: 17-04-2015, 09:54 | Çap et
ABŞ İraqın böyük neft emalı zavodunu İŞİD-dən qoruyur
ABŞ generalı deyir ki, Birləşmiş Ştatlar İraqın ən böyük neft emalı zavodunun yerləşdiyi Baiji şəhəri üzərində hava kəşfiyyatı və nəzarətlə məşğuldur. İslam Dövləti (İD) ekstremist qrupu aylardır bu zavodu hədəfə alıb.

ABŞ ordusunun baş qərargah rəisi Martin Dempsey aprelin 16-da jurnalistlərə deyib ki, Baijiyə nəzarət edən İD silahlıları neft kompleksinin “uzaq perimetrinə girə biliblər”. Ancaq onun sözlərinə görə, zavodun özünə “hazırda risk yoxdur”.

Dempsey deyib ki, o İraqın qərbindəki Ramadi şəhərindən çox, Baijinin qorunması barədə düşünür. İD silahlılarının Ramadidə şəhər mərkəzinə yaxınlaşdığı xəbər verilir. Dempsey-nin fikrincə, Baijinin yenidən alınması İraq hökumətinə imkan verər ki, şəhərin neft infrastrukturuna nəzarət etsin və İD gəlirlərindən məhrum olsun.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net