Putin azərbaycanlının arzusunu yerinə yetirir
Tarix: 14-04-2015, 09:30 | Çap et
Putin azərbaycanlının arzusunu yerinə yetirir
“Lukoyl” şirkəti şelf zonasına çıxış əldə edə bilər”.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın Energetika naziri Aleksandr Novak çıxış edib.

Onun sözlərinə görə, “Lukoyl”un Rusiya prezidentinə müraciətindən sonra məsələ yavaş-yavaş həllini tapmaq üzrədir:

“Bu o qədər də asan məsələ deyil. “Lukoyl” ən böyük şirkətlərdən biridir və o, illik 20 milyard dollar gəlir əldə edir. Lakin hazırda onun Rusiya iqtisadiyyatına investisiya qoymaq nöqteyi-nəzərindən hər hansı bir layihəsi yoxdur. Belə olan halda onlar İraq, Venesuela və digər istənilən bir ölkəyə investisiya yatırmış olacaqlar. “Lukoyl”un Xəzər və Baltik dənizində çalışmaq təcrübəsi var. Hazırda Rusiya iqtisadiyyatına qoyulacaq mümkün investisiyaların konkret həcmi şirkətin özündən asılıdır”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net