Rusiyada dəhşətli yanğınlar: Ölənlər var
Tarix: 13-04-2015, 09:39 | Çap et
Rusiyada dəhşətli yanğınlar: Ölənlər var
Rusiya Federasiyasının Xakasiya Respublikası ərazisində dəhşətli meşə yanğınları baş verib.

AzVision.az-ın “RİA Novosti”yə istinadən xəbər verir ki, yanğınlar nəticəsində ən azı 10 nəfər həlak olub.

“İlkin məlumatlara görə, ən azı 10 nəfər həlak olub. Hazırda bütün məlumatlar dəqiqləşdirilir”, - deyə region hökumətinin mətbuat xidmətinin katibi İrina Emeyanova bildirib.

Son məlumatlara görə, xilasedicilər respublika ərazisində 27 yaşayış məntəqəsində qeydə alınan yanğın ram edilib.

Qeyd edək ki, yanğınlarla əlaqədar olaraq regionda fövqəladə vəziyyət elan olunub.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net