ABŞ rəsmiləri: Vaşinqtonda elektrikin kəsilməsi terror fəaliyyəti ilə əlaqədar olmayıb
Tarix: 8-04-2015, 10:03 | Çap et
ABŞ rəsmiləri: Vaşinqtonda elektrikin kəsilməsi terror fəaliyyəti ilə əlaqədar olmayıb
ABŞ-ın Daxili Təhlükəsizlik nazirliyi paytaxt Vaşinqton və ətraf bölgələrdə elektrik enerjisinin kəsilməsinin terror fəaliyyətləri ilə əlaqədar olmasına dair heç bir işarənin olmadığını bildirib.

Elelktrik enerjisinin kəsilməsi nəticəsində ABŞ Dövlət Departamenti və Ağ Ev daxil olmaqla bir sıra federal idarələr işıqsız qalıb.

İşığın kəsilməsinə ABŞ paytaxtı Vaşinqton yaxınlığında yerləşən su elektrik stansiyasında transmissiya cihazlarının sıradan çıxmasının səbəb olduğu bildirilir.

Elektrik enerjisi yerli vaxtla günorta saat 12:45-də kəsilib. Bunun nəticəsində Amerikanın Səsi də daxil olmaqla bir sıra idarələrə elektrik enerjisinin verilməsi dayanıb.

Paytaxt Vaşinqton və ətraf əraziləri elektriklə təmin edən Pepco şirkəti elektrik enerjisinin kəsildiyi haqda məlumat verib.

ABŞ Konrqesindən "Amerikanın Səsi"nə Kapitoli binasında işığın bərpa edildiyi bildirilib.

Bir sıra idarələrdə generator vasitəsilə elektrikin verilməsi davam etsə də, muzeylər və biznes şirkətlərinin böyük hissəsi bağlanıb.

Vaşinqton şəhər polis idarəsi hadisə ilə bağlı təhqiqatın aparıldığını bildirib.

Bəzi məlumatlarda elektrikin kəsilməsi nəticəsində Dövlət Departamenti, Ağ Ev, Ədliyyə Departamenti, Kapitoli binası kompleksi və Merilend Universitetində işıqsız qaldığı bildirilir.





Xəbərlər
 
 
 
 
 
26-02-2021 15:33
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net