Deputatın iki oğlu vergi cinayəti ilə bağlı axtarışa verilib
Tarix: 13-03-2015, 11:28 | Çap et
Deputatın iki oğlu vergi cinayəti ilə bağlı axtarışa verilib
Milli Məclisin biznesmen deputatlarından biri kimi tanınan Fərhad Qəribovun başının üstünü qara buludlar alıb. Yadınızdadırsa, qəzetimizin keçən saylarından birində Kürdəmirdən seçilən deputatın biznes olyektlərinin təhlükə altında olduğu və millət vəkilinin bəzi himayədarlarını itirməsi barədə məlumat vermişdik. Həmçinin onu da qeyd etmişdik ki, Fərhad Qəribovun biznes şəbəkəsinə aid olan obyektlərini onun oğlanları- Elnur, Zöhrab, Rəşad və Anar qəribovlar idarə edir.

Dünən etibarlı mənbələrdən əldə etdiyimiz məlumatlara görə, deputatın oğlanlarından ikisi vergi cinayəti ilə bağlı axtarışa verilib. Mənbənin məlumatına istinadən deyə bilərik ki, millət vəkilinin dörd oğlundan ikisi nəzarətlərində olan şirkətlərdə külli miqdarda vergidən yayınma halına yol veriblər: "Atasının nüfuzuna arxayın olan qardaşlar qazandıqları böyük vəsaitlərdən dövlət büdcəsinə vergi keçirməyiblər. Beləcə, dövlətə külli miqdarda ziyan dəyib. Millət vəkilinin oğlanları açıq-aşkar şəkildə vergi cinayəti törədiblər. Məlum olduğu kimi, son vaxtlar vergi qanunvericiliyinin tələblərini pozan, vergidən yayınan şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu kontekstdə deputatın oğlanlarının barəsində vergi cinayəti ilə bağlı axtarış elan edilib. Fərhad Qəribovun iki övladının tezliklə məsuliyyətə cəlb olunacağı gözlənilir". Yaxın günlərdə Fərhad Qəribovun konkret olaraq hansı oğlanlarının vergi cinayəti ilə bağlı axtarışa verilməsi, onların imza atdığı qanunsuzluqlar və Kürdəmirdəki bazarda, habelə "Şəki" restoranında cərəyan edən xoşagəlməz hadisələr haqqında böyük yazı dərc edəcəyik. Bizi izləyin.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net