Deputatın qohumu həbs edilə bilər: Binəqədi bələdiyyəsi 3 milyonu qaytaracaqmı?
Tarix: 23-04-2015, 15:04 | Çap et
Deputatın qohumu həbs edilə bilər: Binəqədi bələdiyyəsi 3 milyonu qaytaracaqmı?
Deputat Madər Musayevin qohumuna etirazlar var.

Tia.az xəbər verir ki, Elman uzun illər Binəqədi bələdiyyəsinin sədri olub. Ən çox qanunsuz torpaq satışı məhz Binəqədi bələdiyyəsinin ərazisində baş verib.
ARDNŞ-nin balansında olan minlərlə hektar torpaq sahəsi E.Salmanovun imzası və Binəqədi bələdiyyəsinin möhürü ilə vətəndaşlara satılıb. Həmin torpaqları alan vətəndaşların bir çoxunun tikdirdiyi evlər sonradan ARDNŞ rəhbərliyinin göstərişi ilə ya sökülüb, ya da onların ev tikməsinə imkan verilmir. Vətəndaşlar həmin torpaqlar üçün onlara verilən və faktiki qanunsuz sayılan sənədləri E.Salmanovun adamlarına qaytararaq pullarını istəyirlər.
Elman Salmanov və adamlarının camaata 3 milyon manatdan çox borcu var. ARDNŞ prezidenti Rövnəq Abdullayev isə açıqlamalarının birində bildirib ki, “Binəqədi Oil”in balansında olan ərazilərin 67 faizi qanunsuz olaraq satılıb. Həmin ərazilər məhz E.Salmanovun imzası ilə onun adamları tərəfindən satılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net