Lənkəran Təhsil Şöbəsi müdirinin böyük korrupsiya – ƏMƏLİYYATI
Tarix: 11-03-2015, 10:12 | Çap et
Lənkəran Təhsil Şöbəsi müdirinin böyük korrupsiya – ƏMƏLİYYATI
Lənkəran rayon Təhsil Şöbəsinin müdiri Şahanə Əhmədova ilə bağlı ilginc iddialar var. Demokratiya.info-nun verdiyi məlumata görə, şöbə müdiri ötən il 700 min manat dövlət pulunu müxtəlif adlar altında öz şəxsi məqsədlərinə sərf edib. Lakin onları sənədləşdirərkən, çox ciddi bir xətaya yol verib.

İlk olaraq, ayrılmış 700 min manatın necə sənədləşdirildiyi ilə tanış olaq:

- Dəftərxana ləvazimatlarının satın alınması-15000
- Sair xərclər maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 10000
- Digər maşın və avadanlıqların satın alınması- 39090
- İdarənin digər xərcləri maddəsi üzrə malların (işlərin və xidmətlərin) satın alınması- 11573
- Yumşaq inventarların satın alınması- 29740
- Avadanlıqların satın alınması- 40065
- Digər alışlar və xidmətlərin satın alınması- 26700
- Cari təmir işlərinin satın alınması-17500
-Digər maşın və avadanlıqların satın alınması -26089,8
- Ərzaq məhsullarının satın alınması- 68480
- Kənd təsərrüfatı məhsullarının satın alınması- 114986
- Məktəbli paltarlarının satın alınması-78300
- Ət və süd məhsullarının satın alınması -115500
- Bərk inventarların satın alınması- 96500 manat.

Gələn məlumatlarda deyilir ki, Şahanə Əhmədova bu pulların bir qismini direktorların əliylə silib. Daha doğrusu, onların möhürlərini əllərindən alaraq, hazırladığı sənədlərə imza atıb, möhürləməklə «təmizləyib». Məlumata görə, Lənkəran təhsil şöbəsinin müdiri bununla həm də icra başçısına böyük bir yalan satıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net