Ermənilərlə uran alveri etdikləri iddia olunan qardaşlar niyə cəzasız qalıb?
Tarix: 1-04-2015, 10:26 | Çap et
Ermənilərlə uran alveri etdikləri iddia olunan qardaşlar niyə cəzasız qalıb?
Ölkədə insan alveri qurbanlarının sayı durmadan artır. Son vaxtlar qadın ticarəti daha ciddi problemə çevrilib. Bu günlərdə Azərbaycanda insan alverinin qurbanlarının daha çox hansı ölkələrə aparıldığı məlum olub. Bu barədə aprelin 3-də Milli Məclisdə müzakirə ediləcək Azərbaycanın insan alverinə qarşı mübarizəsi ilə bağlı 2014-cü il üzrə hesabatda deyilir.

Hesabatda qeyd olunur ki, müəyyən olunmuş 54 qurbandan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb. Müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunmuş 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar "Qaynar xətt" telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciətə baxılaraq hər biri üzrə qanunvericiliyə uyğun tədbir görülüb. Amma buna baxmayaraq, əxlaqsızlıq yuvası saxlayan şəxslər iyrənc əməllərindən əl çəkmirlər. Yəni hüquq-mühafizə orqanlarının əməkdaşları əxlaqsızlıq yuvası saxlayan şəxsləri həbs edir, sabah həmin şəxs hansısa yollarla həbsdən yayınaraq qanunsuz əməllərini davam etdirir. Hazırda paytaxtda yerləşən bahalı hotel və istirahət mərkəzlərinin əksəriyyətində əxlaqsızlıq yuvası təşkil olunur. Ən dəhşətlisi isə odur ki, aidiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları hansı obyektdə əxlaqsız qızların meydan suladığını bilirlər, amma heç bir tədbir görmürlər. Bax əsl bəla budur. Elə buna görədir ki, şəhərdə yerləşən hotellərin yetərli hissəsində qadın ticarəti baş alıb gedir. Yadınızdadırsa, qəzetimizin keçən saylarında Binəqədi rayonunun ərazisində yerləşən "Clear" hotelində azyaşlı qızların cinsi istismara məruz qoyulması və əxlaqsızlıq yuvası yüksək rütbəli məmurlardan biri tərəfindən himayə olunması haqda məlumat vermişdik. Əfsus ki, bu günə qədər yazdıqlarımıza hüquq-mühafizə orqanlarının rəhbərləri tərəfindən heç bir reaksiya verilməyib. Barəsində heç bir tədbir görülməyən "Clear" hotelində isə əxlaqsız işlər səngimək bilmir. Redaksiyamıza daxil olan məlumatlarda deyilir ki, fasiləsiz fəaliyyət göstərən hotel günün bütün saatlarında müştərilərin xidmətindədir. Və hər gün əxlaqsızlıq yuvasına yüzdən çox fahişə gətirilir: "Dörd ulduzlu hoteldə demək olar ki, hər şərait var. Müştərilər özləri ilə gətirdikləri qədim peşə sahiblərilə rahat şəkildə cinsi əlaqədə olurlar. Qiymətlərə gəlincə, "Clear"da digər pritonlarla müqayisədə bahalıq müşahidə edilir. Manatın ucuzlaşmasından sonra hotel rəsmiləri qiymətlərə dəyişiklik edib. Belə ki, əvvəl gecəsi 70 manata verilən otaq hazırda 90 manata müştəriyə təklif olunur. VİP otaqların qiyməti isə 150 manata kimi qalxıb. Qiymətlərin bahalaşmasına baxmayaraq, "Clear"da müştəri əlindən tərpənmək olmur. Yəni bahalaşma müştəri qıtlığı yaratmayıb. Hotelin daimi müştəriləri burda alverin zəifləməsinə imkan vermirlər. Əxlaqsızlıq yuvasına çevrilən hoteldə 13 yaşından başlayaraq, müxtəlif yaş qruplarında qızları görmək mümkündür. İndi çox pis dövrdə yaşayırıq. Azyaşlı qızlar bəzi oğlanların yalan vədinə aldanıb onların əxlaqsız təklifləri ilə razılaşırlar. Günahsız qızları yoldan çıxaran şəxslər onları "Clear"a gətirib cinsi tələbatlarını yerinə yetirirlər. Bu hoteldə neçə-neçə gənc qızın həyatı məhv olub". Qeyd edək ki, obyekt bizneslə məşğul olan Fəxrəddin və Fikrət adlı qardaşlara məxsusdur. Xatırladaq ki, bu qardaşların adı bir neçə il öncə İranla uran alverinə qarışıb. Məlumata görə, 2009-cu ildə Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat nəticəsində İrana nüvə yanacağı keçirən dəstə ifşa edilib. Lakin həmin dəstədən yalnız bir nəfər həbs olunub. Bu şəxs 1979-cu il təvəlüdlü Goranboy rayonunun Sarov kənd sakini Tanrıverdiyev İbrahim Hüseyn oğludur. Məlumatda deyilir ki, nüvə yanacağı İran ərazisinə Qazax rayonunun "Sınıq körpü" keçid məntəqəsinin ərazisindən keçirilirmiş. Azərbaycan-İran sərhədində uran alverinin getdiyi faktlarla sübuta yetirilib. Məlumatlarda həmçinin qeyd edilir ki, Fəxrəddin və onun Fikrət adlı qardaşı təkcə İranla deyil, Ermənistanla da uran alveri ediblər: "Proses isə bu cür aparılıb. Hər dəfə Fəxrəddin Ermənistan ərazisində girov qalıb. Fikrət adlı digər qardaş isə nüvə materiallarını Ermənistan tərəfə ötürdükdən sonra Fəxrəddin girovluqdan buraxılırmış. Bunun müqabilində isə, qardaşlar milyonlarla vəsait əldə ediblər. Fəxrəddinin həbsdən çıxmasında onu müdafiə edən məmurun böyük rolu olub". Bu məlumatlardan belə çıxır ki, qardaşlar Azərbaycan xalqının əzəli və əbədi düşməni olan ermənilərlə işbirliyi qurublar. Bir daha vurğulamaq istəyirik ki, 2009-cu ildə MTN-in keçirdiyi əməliyyat zamanı İrana nüvə yanacağı keçirən dəstə ifşa edilib. İddialara görə, dəstə üzvləri arasında Fəxrəddin və qardaşı Fikrət də olub. Və bu gün həmin şəxs "Clear" hotelinə "krışalıq" edir. Bu haqda gələn saylarımızda ətraflı məlumat verəcəyik.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net