Başçı və nümayəndəsinin Yeni Suraxanı fəlakəti
Tarix: 13-03-2015, 11:08 | Çap et
Başçı və nümayəndəsinin Yeni Suraxanı fəlakəti
Bakının Suraxanı icra başçısı İlqar Abbasov Yeni Suraxanı ilə maraqlanmır.

Tia.az-a verilən məlumata görə, qəsəbə sakinləri problemlər içində boğulur. 2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı var. Suraxanı rayonunda isə bu proqramın həyata keçirilməsinə biganə yanaşırlar. Yeni Suraxanı qəsəbəsində abadlıq işlərinin görülməsinə ehtiyac var. Qəsəbə icra nümayəndəsi Vahid Danıyev isə ölkə başçısının fərman və sərəncamlarına əhəmiyyət vermir. Qəsəbənin yolları bərbad vəziyyətdədir, uşaqların əyləncəsi üçün şərait yoxdur, zibil yeşikləri qoyulmayıb, hər yer məişət tullantıları içindədir. V.Danıyevə edilən şikayətlərə isə əhəmiyyət vermir. O, icra başçısının tapşırığını yerinə yetirdiyini söyləyir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net