Qubanın 1 saylı məktəbində valideynlərdən pul yığırlar
Tarix: 8-05-2015, 09:18 | Çap et
Qubanın 1 saylı məktəbində valideynlərdən pul yığırlar
Qubanın 1 saylı orta məktəbində də şagirdlərdən 20 manatdan pul yığırlar.

TİA.AZ-ın elektron poçtuna məktub yazan yerli sakinlərdən biri qeyd edir ki, məktəb direktoru tas qoyub, məktəblilərin valideynlərindən pul istənilir.
Məktəb direktoru tapşırıb ki, bu pullar təmir işlərinə sərf olunacaq. Əslində, təhsil ocağının rəhbəri öz şəxsi mənfəəti üçün bu addımı atır. Bu işdə Quba rayon Təhsil Şöbəsinin də rolu olduğu bildirilir.
Bildirilir ki, məktəb direktoru hər üç ayın tamamında valideynlərdən pul yığdırır. Onun aldığı bahalı maşın və kredit ödənişlərini bu pullar hesabına həyata keçirməsi Təhsil Nazirliyinin apardığı “islahat”ların göstəricisidir. Məktəbin Qırmızı qəsəbədə yerləşdiyi bildirilir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net