"Şəbi" hamamının sahibləri kimin himayəsindədir?
Tarix: 7-05-2015, 10:04 | Çap et
"Şəbi" hamamının sahibləri kimin himayəsindədir?
Acı da olsa, etiraf etmək lazımdır ki, son illər paytaxtın, eləcə də ölkənin bir sıra ərazilərində fəaliyyət göstərən və müxtəlif ad altında iyrənc əməllərini pərdələməyə çalışan əxlaqsızlıq yuvalarının sayı xeyli artıb. Əldə etdiyimiz bilgilərə görə, bu cür obyektlərdən biri də Yasamal rayonu, Murtuza Muxtarov küçəsində yerləşən "Şəbi" hamamıdır.

Belə ki, sözügedən hamamın açıq-aşkar "priton" kimi fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxs iddia edir ki, "Şəbi"nin sahibləri bəzi yollarla vergidən yayınmağa müvəffəq olurlar: "Hamıya məlumdur ki, son illər Yasamal rayonunun inkişafı ilə bağlı nəzərəçarpacaq ciddi işlər görülüb və bütün bunlar sakinlərin rahatlığının təmin olunması məqsədi ilə edilib. Rayon rəhbərliyi əlindəki bütün resurslardan istifadə edərək Yasamalın tərəqqisi üçün çalışsa da, bəzi işbazlar öz murdar əməlləri ilə rayonun adını ləkələməyə çalışırlar. Misal kimi "Şəbi" hamamının sahiblərini göstərmək olar. Bu obyektin adı hamam olsa da, əslində orda hamamdan əsər-əlamət yoxdur. Çünki obyekt məhz əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Bunu rayon sakinləri də təsdiqləyə bilərlər. Deyilənlərə görə, "Şəbi" hamamı əslində gizli fahişəxanadan başqa bir şey deyil. Yəni bura "priton" kimi istifadə edilir".

Adıçəkilən obyektdə baş verən ciddi qanun pozuntularına dair kifayət qədər informasiyaya sahib olduğunu deyən məlumatlı şəxsin bildirdiyinə görə, "Şəbi" hamamına müraciət edən müştərilərə yerli qadınlarla yanaşı, əcnəbilər də "qulluq" edirlər: "Bu hamamda yerli qadınlar və əcnəbi qızlar müştərilərə intim xidmət göstərirlər. Maraqlı məqam ondadır ki, "Şəbi"də "çalışan" əcnəbi qadınların heç biri Dövlət Miqrasiya Xidmətindən ölkəmizdə qalmaq və işləmək üçün müvafiq sənəd əldə etməyib. Yəni onların Azərbaycanda yaşamaları və çalışmaları tamamilə qanuna ziddir. Buna baxmayaraq, hamamın rəhbərliyi bu cür önəmli məsələyə əhəmiyyət vermədən onların hesabına külli miqdarda qazanc əldə edir və həmin gəlirdən dövlətə vergi belə vermir. Görünür, "Şəbi"nin sahiblərinin arxasında hansısa nüfuzlu şəxs dayanır. Əks halda, obyekt rəhbərliyi bu qədər sərbəst şəkildə fəaliyyətlərinə davam edə bilməzdilər".

Bu arada, "Şəbi" hamamında natəmizliyin, antisanitariyanın hökm sürdüyünü iddia edən məlumatlı şəxsin sözlərinə görə, adıçəkilən obyektin fəaliyyəti Yasamal sakinlərinin ciddi narazılığına səbəb olur: "Belə ki, hamamın intim xidmətlər sahəsində formalaşmış fəaliyyəti ətraf ərazilərdə yaşayan gənclərin mənəviyyatına ciddi zərbə vurmaqdadır. Burada "mədəni istirahət" adı altında təklif olunan seksual xidmətlər mənəvi-psixoloji cəhətdən hələ tam formalaşmamış bəzi gənclərin gündəlik müzakirə mövzusuna çevrilib. Eyni zamanda bu "priton"un fəaliyyətində yerli sakinləri daha çox narahat edən bir məqam onunla bağlıdır ki, "Şəbi" hamamı orta məktəbin və uşaq bağçasının yaxınlığında yerləşir. Bu isə ən azından azyaşlı uşaqlara, orta məktəb şagirdlərinə və onların valideynlərinə hörmətsizliyin bariz göstəricisi kimi dəyərləndirilməlidir. Bundan başqa, əgər "Şəbi" hamamına daxil olsanız o zaman görərsiniz ki, bura yarıqaranlıq məkandır. Sayrışan rəngli işıqlar, laqqırtı vuran qadınlar, siqaret tüstüsü, qəribə qoxular və bir-birinə qarışan gülüş səsləri buranın hamam yox, məhz əxlaqsızlıq yuvası olduğunu bir daha təsdiqləyir. Bir sözlə, artıq "Şəbi" hamamında elə bir vəziyyət yaranıb ki, bura bütün bəşəriyyəti hədələyən AİDS kimi dəhşətli bir bəlanın beşiyinə çevrilib. Əgər aidiyyəti qurumlar hamamın fəaliyyətini təftiş etsələr, onda bu obyektin lisensiyasız işlədiyini, vergidən yayındığını, əcnəbi qızların Dövlət Miqrasiya Xidmətindən ölkəmizdə qalmaq və işləmək üçün müvafiq sənəd əldə etmədiklərini, eləcə də "Şəbi"nin məhz "priton" olduğunu dəqiqləşdirə bilərlər".





Xəbərlər
 
 
26-09-2020 13:34
 
 
 
 
 
 
 
25-09-2020 13:24
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : [email protected]
Designed by Daraaz.net