“Avromed” prezidentin tapşırığına əməl etmir
Tarix: 24-04-2015, 11:59 | Çap et
“Avromed” prezidentin tapşırığına əməl etmir
Redaksiyamıza daxil olan məlumata görə, millət vəkili əlində olan imkanlardan yararlanaraq digər dərman firmalarının qarşısında süni sipərin çəkilməsinə müvəffəq olub.Elə bu səbəbdən də ölkənin ayrı-ayrı şəhər və rayonlarında fəaliyyət göstərən apteklərin əksəriyyəti dərman preparatlarını məhz "Avromed"dən almağa məcbur qalıblar. MMC-nin deposu isə dərmanları real dəyərindən xeyli baha qiymətə satışa çıxarır. Bu səbəbdən də dərmanı yuxarı qiymətə alan apteklər də onu daha baha qiymətə satırlar.


Başqa sözlə desək, “Avromed” şirkətinin eyniadlı dərman deposu ölkəmizdəki dərman bahalığının başlıca səbəbkarlarındandır. Prezidentin dərman bahalığı barəsində çıxışından bir müddət keçsə də, deputat buna əməl etmir. Ölkə başçısının şikayət etdiyi problem hələ də həllini tapmayıb.


Şübhəsiz dərman bazarında yaranmış hazırkı vəziyyət bu ticarətlə məşğul olan sabibkarların da ciddi narazılığına səbəb olur. Görünür, ölkə rəhbərliyi bu məsələyə həssaslıqla yanaşaraq vəziyyətin nəzarətdən çıxmasını bir növ əngəlləyən tədbirlərin gerçəkləşməsini lazım bilir.


Dərman bazarının nəzarətdən kənar qalması barədə dövlət başçısının Nazirlər Kabinetinin cari ilin I rübünün yekunlarına həsr edilmiş iclasında dedikləri uzun illər bu sahədə hökm sürən vəziyyəti əks etdirir.


Rayonlardakı bütün apteklər məhz "Avromed"in lisenziyası ilə fəaliyyət göstərir. Dərman preparatlarını baha qiymətə də elə bu şirkət satır. Deyilənlərə görə, "Avromed"in dərman bazarında inhisarçı mövqeyi ələ keçirməsi bəzi firmaların öz mövqelərini itirməsindən sonra sürətlə artmağa başladı.


Belə ki, şirkətin xaricdən gətirdiyi dərmanların öz nəzarətindəki apteklərdə nisbətən ucuz qiymətə satılması digər rəqiblərini demək olar ki, çətin vəziyyətə salıb. Bu amil dərman bazarında sıxışdırılmağa başlayan firmaların tərəfdaş apteklərinin xeyli hissəsini və əksər müstəqil fəaliyyət göstərən aptekləri istər-istəməz "Avromed"in çətiri altına yığıb.


Odur ki, bu gün Cavanşir Feyziyevin sahibi olduğu şirkət faktiki olaraq ölkədə dərman bazarında yeganə lider sayılır. Şirkətin rəhbərliyi hətta Səhiyyə Nazirliyinin rəsmiləri ilə də hesablaşmır, bəzi situasiyalarda isə nazirliyin rəsmiləri tərəfindən aparılmış reydlərin effektini sıfra endirən hərəkətlərdən belə çəkinmir.


Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net