İcraçı məmurlar İmişli sakinini cana yığıb
Tarix: 10-03-2015, 11:44 | Çap et
İcraçı məmurlar İmişli sakinini cana yığıb
Ölkədə əksər dövlət qurumlarının fəaliyyətində nöqsanlar özünü göstərməkdədir. Belə ki, vətəndaşların şikayətləri vaxtlı-vaxtında araşdırılmır, süründürməçiliyə məruz qalırlar. Artıq vətəndaşlar dövlət müəssisələrində çalışan bir sıra məmurların fəaliyyətsizliyindən cana yığılıblar. Əksəriyyəti camaatın problemi ilə maraqlanmır, başısoyuqluq edirlər. Məsuliyyətsizliklərinin nəticəsində isə vətəndaşlar əziyyət çəkir. Çoxu öz maddi və digər maraqlarını üstün tutaraq səlahiyyətlərini yerinə yetirmirlər.

Qeyd edək ki, bəzi qurumların fəaliyyətsizliyindən cana yığılan İmişli rayonu, Q.Əliyev küçəsi, 4 saylı evdə yaşayan lakin hal-hazırda qız övladının 1-ci qrup əlilliyi ilə bağlı müalicəsinə görə, müvəqqəti olaraq Bakı şəhər, Xətai rayon S.Ə Şirvani küçəsi, bina 9, mənzil 95-də kirayəşin yaşayan, təqaüdçü, Yeni Azərbaycan Partiyasının Üzvü Qasımov Mahmud Əlibəy oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi daxil olub. 16 ildir ki, Qasımov Mahmud halal əmək haqqısının alınmasında mübarizə apararaq öz haqqını və hüquqlarını sübuta yetirə bilmir. Bəzi məhkəmə orqanlarının məsul işçilərinin ədalətsizliyi və öbaşınalığı nəticəsində bu şəxs hələ də pozulmuş hüquqlarını bərpa edə bilmir. Bir sıra məmurlar tərəfindən hüquqları pozulmuş Qasımov Mahmudun redaksiyamıza daxil olan ərizəsində bildirilir ki, dünyanın heç bir ölkəsində dövlətin adından çıxarılan qanunun qüvvəyə minmiş qətnamələrinin icrası bu qədər müddət uzansın: "Möhtərəm prezidentimiz İ.Əliyev cənabları, Sizinlə görüşmək mümkün deyil, eyni zamanda sizə etdiklərim müraciətləri də ümumi şöbə sizə təqdim etmir. Əgər hüquq-mühafizə orqanlarına rəhbərlik edənlərdə ədalət yoxdursa, vətəndaşlar məcburiyyət qarşısında qalaraq yeganə ümid yeri sizi bilərək müraciət edirlərsə, siz həmin insanlar haqqında elə bir tədbir görməlisiniz ki, qalanlarına da dərs olsun. Məlum məsələ ilə bağlı xırda qüsurları Ali Məhkəmənin sədri R.Rzayev cənabları nəzərə alırsa, bəs onda istər SRM, istər BŞM, istər Bakı Apellyasiya Məhkəməsi, istərsə də Ali Məhkəmə hakimləri yol verdikləri qanun pozuntularını nəzərə almır. Heç kim Respublikada aclıqdan ölmür. Bəzi məmurlar o qədər ədalətsizliklər edir ki, axırda bəzi vətəndaşlar hüquqlarının mütəmadi olaraq tapdalanmasına dözməyərək intihar edirlər. Onda da artıq gec olur. Möhtərəm prezident, Sizin yorulmaq bilmədən və eyni zamanda xarici və daxili siyasətinizin məqsədyönlü aparmağınızın nəticəsində Allaha çox şükürlər olsun ki, dünya ölkələri arasında ən sanballı yerlərdə dururuq. Bəzi məsələlərdə dünya ölkələri artıq bizim dövlətlə razılaşır. Bu məni bir Azərbaycan vətəndaşı olaraq çox sevindirir. Lakin bəzi məmurların kobud surətdə qanunu pozmaqları həddindən artıq mən hiddətləndirir və məyus edir. Yaxşı olar ki, bunlara son qoyulsun. Bəzi məmurlar vətəndaşların müraciətlərinə obyektiv yanaşıb tədbir görmək əvəzinə tələ quraraq məsələni daha da dərinləşdirirlər.

Mən əminəm ki, möhtərəm prezidentimiz İlham Əliyev cənabları bu məsələyə müdaxilə etməsə, bu məsələ həll olunmayacaq.

Mən yaxşı bilirəm ki, nəyi tələb etməyə ixtiyarım var. Mənə belə gəlir ki, qəzeti oxuyan hər bir şəxs yəqin ki, mənim haqlı olduğumu dərk edəcək və məni qınaq obyektinə çevirməyəcəklər. Kollektivdə işləyən mütəxəssislərin heç birinə aylıq əmək haqqı verməsəydilər bu başqa məsələ. Yoxsa hamıya əmək haqqını ödə təkcə mənə yox. Baxmayaraq ki, mənim işlədiyim vəzifə Dövlət Texniki Nəzarət Müfəttişi hesab olunur və eyni zamanda 1997-98-ci illərdə ezamiyyətdə olarkən KTN-nə illik hesabat təqdim etmişəm və seminarlarda iştirak etmişəm. Fikir verin bunlar nə qədər özlərinə arxayın olublar ki, bu qədər ağılagəlməz addımlar atıblar. İşlərini elə qurublar ki, vətəndaşlar öz hüquqlarını müdafiə etmək üçün öz müraciətlərini dövlət rəhbərliyinə çatdıra bilməsinlər".

Şikayətçinin sözlərinə görə, məhkəmə orqanlarındakı qanun pozuntuları, nöqsanlar, özbaşınalıqlar və hərcmərclik heç bir qurumda mövcud deyil: " Bu qədər vətəndaşın hüquqlarının qorunması və müdafiə olunması ilə məşğul olan orqanların heç biri bu haqq və qanuni işlə məşğul olmadan və heç bir araşdırma aparmadan boş-boş cavab məktubu yazmaqla öz vəzifə borclarını başa vurmuş hesab edirlər. Respublikada belə bir hal yaranıb ki, ancaq vəzifəli şəxslər bir-birlərini heç bir əsas olmadan müdafiə edirlər. Vətəndaşların problemləri əsla onlar üçün o qədər də önəmli deyildir. Hər şey göz önündədir. Sübuta və şahidə heç bir ehtiyac yoxdur. Qanuni məsələni həll etmək müşküldür. Ona görə ki, rüşvətxorluq imkan vermir ki, haqq işini sübuta yetirəsən. Dünyada ən böyük varlıq cansağlığıdır. Yaşamaq üçün pulun rolu böyükdür. Amma müəyyən həddə. Bəzi məmurlar heç olmasa nə qədər gec deyil qayıdın Allah yoluna. Onsuz da qanunları istədiyiniz səmtə yönəldirsiniz. Mənim 76 yaşım var. Görməmişəm ki, kimsə onu axıra kimi sağlam canla yesin. Axırda kiməsə qismət olur. Rüşvətlə tikilən villalar nə qədər olursa olsun, onun fundamenti haramçılıqla qoyulubsa, xeyri yoxdur.

Möhtərəm prezidentimiz İ.Əliyev cənabları, yuxarıda göstərilən orqanların hamısı vətəndaşların hüquqlarının qorunması və müdafiə olunması ilə məşğul olmalıdırlar. Amma onlar bu məsələlərlə ciddi məşğul olmurlar. Məhkəmə qətnaməsi sözsüz icra olunmalı olduğu halda hansı əsasa görə 16-ci ildir ki, tam həllini tapmayıb.

Hamınıza yaxşı bəllidir ki, uzun illər bundan əvvəl müxtəlif illərdə BMT 4 qətnamə çıxarıb ki, Ermənistan qeyri-şərtsiz torpaqları işğaldan azad etsin. Lakin bu günə kimi, Ermənistan qətnamənin tələblərini kobud surətdə pozaraq münaqişənin həllinə məhəl qoymur. Onlar milliyyətcə xristiandırlar.

Amma biz azərbaycanlıyıq, millətimiz, qanımız -canımız eynidir. Bəs, bu məsələnin müsbət həll olunmasına mane olan nədir. Bu məsələ mənə bir az qaranlıq gəlir. İcra məmurunun səlahiyyəti var ki, hər hansı təşkilatın rəhbəri olursan-ol, ödəmədən yayınmaq istədiyi halda məcburi icra tətbiq etməklə məsələni həll etmək mümkündür. Bəs onlar iş vaxtı onu həyata keçirməyiblərsə, mən günahkar deyiləm ki. Əgər hakimlər və icra məmurları belə birləşsəydilər, torpaqlarımızı çoxdan azad edərdilər. Məni top kimi hakim icraçının, icraçı da hakimin yanına göndərir. Süleyman Peyğəmbərə qalmayan dünya, heç kimə qalmayacaq. Bu vaxta qədər kimsə kimsənin haqqını axıra kimi yeyə bilməyib. Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, əksər təşkilatlarda, orqanlarda ərizə rəhbərə çatdırılmayaraq ərizə və müraciətləri qəbul edən şöbə özləri cavab yazırlar. Əgər çatdırılırsa, həmin rəhbərlikdən heç bir reaksiya və əhəmiyyət verilmir. İnsan cansız əşya deyil. Unutmaq lazım deyil ki, hamı insandır. Heç kəsə yuxarıdan aşağı baxmaq olmaz. Onlar məcbur olub kömək üçün sizlərə müraciət edirlər".

Qasımov qeyd etdi ki, müstəqil, hüquqi, demokratik respublikada insan hüquqlarının bu qayda üzrə pozulması heç də ürəkaçan hal deyil: 'Bu mənə çox pis təsir edir. Belə iş bizim respublikaya yaraşmır. Şəxsən mən istəməzdim ki, belə olsun. Bəzi məmurlar hesab edirlər ki, Bakı şəhər məhkəməsi hal-hazırda fəaliyyət göstərmir. Onun 27.01.2000-ci ildə çıxardığı qətnamə öz qüvvəsini itirib. Qanuni qüvvəyə minmiş qətnamə unutmayın ki, sonuncu icra olunduğu günə kimi qüvvədədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi icra baş idarəsinin rəisi Zeynalov cənabları sizi əsassız olaraq nə vaxta kimi havadarlıq və müdafiə edəcəklər. Axırı bir gün sizdən imtina edəcəklər. Boş yerə mübahisə və münaqişə yaratmaq olmaz. O məsələ düz deyilsə, boş-boşuna iddialı olmağın heç bir faydası yoxdur. Bu xəmir hələ çox su aparacaqdır. Hamı səhv edə bilər səhvsiz insan mövcud deyil. Amma baxır edilən səhvin növünə".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 

Vertical on LinkedIn Vertical on Twitter Facebook Contact us

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 070 209-30-39 E-mail : vertikal-az@mail.ru
Designed by Daraaz.net