Türkiyə Avroviziyadan imtina etdi
Tarix: 6-04-2015, 17:04 | Çap et
Türkiyə Avroviziyadan imtina etdi
Türkiyə Avroviziya 2015 Mahnı Müsabiqəsində iştirak etməyəcək.

Avroviziyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur:
“Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə Avroviziya 2015-də iştirak etməyəcək”.

Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net