Ana Sayfa > Xəbər > Türkiyə Avroviziyadan imtina etdi
Türkiyə Avroviziyadan imtina etdi6-04-2015, 17:04. Yazar: admin |
Türkiyə Avroviziya 2015 Mahnı Müsabiqəsində iştirak etməyəcək. Avroviziyanın mətbuat xidmətindən APA-ya bildirilib ki, bu il iştirak edəcək ölkələr arasında Türkiyənin adı yoxdur: “Türkiyə Yayım Şirkəti olan TRT yarışma üçün iştirakını vaxtında təsdiqləmədiyinə görə Avroviziya 2015-də iştirak etməyəcək”. Qeyd edək ki, 2013-cü ildə səsvermə və püşkatma sisteminə etiraz edən Türkiyə yarışmaya qatılmayacağını açıqlasa da, bir müddət əvvəl TRT-nin baş direktoru Şenol Göka Avropa Yayım Birliyinin üzr istəməsi və TRT-nin tələblərini qəbul etməsindən sonra ölkənin yenidən müsabiqədə iştirak edəcəyini açıqlamışdı. Geri dön |