30 il edamını gözləyən şəxs bəraət aldı
Tarix: 4-04-2015, 17:28 | Çap et
30 il edamını gözləyən şəxs bəraət aldı
ABŞ-ın Alabama əyalətində edama məhkum edilən bir şəxs 30 illik həbsxana həyatından sonra bəraət alıb.

Axar.az Sputnik-ə istinadən xəbər verir ki, məhkəmə 1985-ci ildə iki adamı öldürmək ilə təqsirləndirdiyi 58 yaşlı Ray Hintonun edam hökmünü cinayətin törədilməsində qəti dəlil olmadığına görə, bəraətlə əvəz edib.

Yaxın zamanda tətbiq olunan ballistik testlər nəticəsində cinayətlərdə istifadə güllələrin Hintonun evində olan silaha aid olmadığı ortaya çıxıb. Bu səbəbdən onun cinayəti törətmədiyi məlum olub.

30 il boş-boşuna həbsə məhkum edilən Hinton verdiyi açıqlamada bu müddət boyunca ölümünü gözlədiyini deyib:

“30 ildir həbsxanada edamı gözləyirdim. Bu qədər müddət boş-boşuna həbsxanada yatdım. Onlar sadəcə silah üzərində lazımi testi etməli idi”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net