Ana Sayfa > Xəbər > 30 il edamını gözləyən şəxs bəraət aldı
30 il edamını gözləyən şəxs bəraət aldı4-04-2015, 17:28. Yazar: admin |
ABŞ-ın Alabama əyalətində edama məhkum edilən bir şəxs 30 illik həbsxana həyatından sonra bəraət alıb. Axar.az Sputnik-ə istinadən xəbər verir ki, məhkəmə 1985-ci ildə iki adamı öldürmək ilə təqsirləndirdiyi 58 yaşlı Ray Hintonun edam hökmünü cinayətin törədilməsində qəti dəlil olmadığına görə, bəraətlə əvəz edib. Yaxın zamanda tətbiq olunan ballistik testlər nəticəsində cinayətlərdə istifadə güllələrin Hintonun evində olan silaha aid olmadığı ortaya çıxıb. Bu səbəbdən onun cinayəti törətmədiyi məlum olub. 30 il boş-boşuna həbsə məhkum edilən Hinton verdiyi açıqlamada bu müddət boyunca ölümünü gözlədiyini deyib: “30 ildir həbsxanada edamı gözləyirdim. Bu qədər müddət boş-boşuna həbsxanada yatdım. Onlar sadəcə silah üzərində lazımi testi etməli idi”. Geri dön |