Daşkəsənlilər icra başçılarını gündüz çıraqla axtarırlar
Tarix: 3-04-2015, 17:34 | Çap et
Daşkəsənlilər icra başçılarını gündüz çıraqla axtarırlar
Daşkəsənin icra başçısı Əhəd Abıyevlə bağlı rayon sakinləri «Səni Axtatıram» verilişinə müraciət etməyə hazırlaşırlar. Bu barədə JAM.AZ-a rayon camaatı məlumat verib.

Onlar bildirirlər ki, icra başçısı təyin edildikdən sonra Əhəd Abıyevi yerində tapa bilmədiklərindən belə qərara gəliblər. Və Xoşqədəm Hidayətqızından xahiş etməyə hazırlaşırlar ki, icra başçısını tapıb onlara versin.

Məlumatı verənlər bildirirlər ki, Əhəd Abıyev 4 ildir Daşkəsənə icra başçısı təyin edilsə də, onun qəbuluna düşmək min bir müsibətə çevrilib. «Rayon problemlər içində itib, batır. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Əhəd Abıyevi yerində tapa bilmirik ki, şikayətimizi edək».

Qarşı tərəfi də dinləməyə hazırıq.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net