Ana Sayfa > Xəbər > Daşkəsənlilər icra başçılarını gündüz çıraqla axtarırlar
Daşkəsənlilər icra başçılarını gündüz çıraqla axtarırlar3-04-2015, 17:34. Yazar: admin |
Daşkəsənin icra başçısı Əhəd Abıyevlə bağlı rayon sakinləri «Səni Axtatıram» verilişinə müraciət etməyə hazırlaşırlar. Bu barədə JAM.AZ-a rayon camaatı məlumat verib. Onlar bildirirlər ki, icra başçısı təyin edildikdən sonra Əhəd Abıyevi yerində tapa bilmədiklərindən belə qərara gəliblər. Və Xoşqədəm Hidayətqızından xahiş etməyə hazırlaşırlar ki, icra başçısını tapıb onlara versin. Məlumatı verənlər bildirirlər ki, Əhəd Abıyev 4 ildir Daşkəsənə icra başçısı təyin edilsə də, onun qəbuluna düşmək min bir müsibətə çevrilib. «Rayon problemlər içində itib, batır. Dərdimizi kimə deyəcəyimizi bilmirik. Əhəd Abıyevi yerində tapa bilmirik ki, şikayətimizi edək». Qarşı tərəfi də dinləməyə hazırıq. Geri dön |