Jurnalist canlı bağlantı zamanı qarət olundu – VİDEO
Tarix: 12-03-2015, 12:30 | Çap et
Jurnalist canlı bağlantı zamanı qarət olundu – VİDEO
Cinayətkarlığın yüksək səviyyədə olduğu Cənub Afrika Respublikasında hətta canlı efir zamanı qarətçilər kameralar qarşısında öz çirkin əməllərini həyata keçirirlər. Cənubi Afrikanın “South African Broadcasting Corporation” (SABC) mediaholdinqinin əməkdaşları Zambiya prezidenti Edqare Çaqve Lunqunun müalicə aldığı xəstəxanın qarşısından canlı bağlantı quran zaman yolda keçən 2 nəfər onlara hücum edib.

Onlar aparıcı və operatorun telefonlarını noutbuklarını və s. avadanlıqlarını götürərək hadisə yerini tərk ediblər. Kameralar işlək vəziyyətdə olduğu üçün qarət başdan sona qədər görüntüyə alınıb.
Vertikal.az həmin qarət kadrlarını təqdim edir.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net