Putin Qərb, Avropa Birliyi və NATO-nu parçalamaq istəyir
Tarix: 1-05-2015, 18:10 | Çap et
Putin Qərb, Avropa Birliyi və NATO-nu parçalamaq istəyir
“Rusiya prezidenti Vladimir Putin hərəkətləri ilə Qərb, Avropa Birliyi və NATO-nu parçalamağa çalışır”.

Bunu Avropadakı NATO qüvvələrinin baş komandanı, amerikalı general Philip Breedlove cümə axşamı Vaşinqtonda, ABŞ senatının silahlı qüvvələrlə bağlı komitəsində çıxış edərkən deyib"

"Hesab edirəm ki, prezident Putinin məqsədi Ukraynaya yox, Qərbdə dəyişik eləməyə yönəlib. Putin Avropa Birliyi ilə iqtisadi , həmçinin NATO ilə hərbi mənada iş görmək istəmir. Və onun istifadə etdiyi vasitələrin çoxu, Avropa Birliyi ilə NATO-nun parçalanmasına yönəlib.Və əgər o bu təşkilatları parçalaya bilsə, qalan hər şeyi də ala biləcək. Hesab edirəm ki, o buna nail olmaq üçün çoxlu vasitələrdən istifadə edir”-general bildirib.

Amma general eyni zamanda müəyyən sahələrdə ABŞ-la Rusiya arasında dialoq olduğunu vurğulayıb. O buna misal imi ABŞ Döpvlət katibi John Kerry ilə Rusiyanın xarici işlər naziri Sergei Lavrov arasındakı əməkdaşlığı göstərib.

Generalın sözlərinə görə, neftin qiymətinin düşməsi və beynəlxalq sanksiyalar Vladimir Putin üçün çoxlu problemlər yaradıb.O hesab edir ki, Rusiya enerji məsələsindən gələcəkdə də silah kimi istifadə edəcək.

İrana S 300 raketləri göndərilməsinin bərpasına gəldikdə isə general deyib ki, Rusiya bundan qlobal məsələlərin müzakirəsinə təsir vasitəsi kimi istifadə edir.

Ukraynadakı vəziyyətlə bağlı isə general bildirib ki, Rusiya hazırkı sakitlikdən mümkün hücuma hazırlaşmaq, yenidən quruplaşmaq üçün istifadə edir.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net